"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şamil Sabiroğlu: “Qarabağ üçün sidq ürəklə çalışmışam”

11 Dekabr 2014 - 23:51
in CƏMİYYƏT

Müsahibimiz Şamil Sabiroğludur. Jurnalist Şamil Sabiroğlu 1991-ci ildən Azərbaycan mətbuatında çalışır. 1992-ci il fevralın 27-də Xocalı soyqırımı barədə ilk həqiqi xəbəri oxuculara çatdırdığı üçün Respublika Mətbuat Fondu və “Səhər” qəzeti redaksiyasının  mükafatına layiq görülüb. Uzun müddət cəbhə bölgələrində “Səhər” və “Azərbaycan Ordusu” qəzeti redaksiyalarının əməkdaşı kimi fəaliyyət göstərib. Hazırda Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, “Ana harayı” qəzetinin baş redaktoru, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin İcraçı direktorudur.  Prezident  İlham Əliyevin imzaladığı 21 iyul 2010-cu il tarixli Sərəncama əsasən o, “Tərəqqi” medalına layiq görülüb. Müharibə mövzusunda 2 kitabın müəllifidir. Vətən müharibəsi veteranıdır.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

– Şamil müəllim, öncə soruş7702_4thd8zbm5zmaq istərdim,Sizdə kitablara qarşı maraq nə vaxtdan oyandı?

– Mən altı yaşımdan etibarən, indi haqq dünyasında olan atam Sabirin, qardaşlarim Aqil və Kamilin, habelə, ilk müəllimim Aydın əminin sayəsində hərfləri, yazmağı-oxumağı öyrəndim, kitab oxumağa başladım. Əvvəllər müəllim olmaq qərarına gəlmişdim. Sonralar əldə etdiyim bilgi və məlumatların sayəsində jurnalist olacağıma qərar verdim və oldum da.

 – Özünün arzuladığın kimi olmaq nə deməkdir?

– Jurnalist olmaq, mənim arzum idi. 6-cı sinifdə oxuyarkən qərar gəldim ki, jurnalist olacam. Lakin, orta məktəbi bitirdiyim il, müəyyən səbəblərdən ali məktəbə sənəd vermədim. Öncə, Bakı Politexnik Texnikumuna daxil oldum, daha sonra ali məktəbi bitirdim. Bir müddət sonra o dövr ücün xarakterik olan Meydan hərəkatına qoşuldum. O zamanlar Azərbaycan, keçmiş SSRİ-nin tərkibindəydi. Biz, çox ağır sınaqlara dözməli olduq. Meydan hərəkatı zamanı mən də təzyiqlərə məruz qaldım, hətta, rus əsgərlərinin dəyənəyini yedim. Bu gün fəxrlə deyə bilərəm ki, Azərbaycanın 1920-ci ilin aprelində itirmiş olduğu Dövlət Müstəqilliyinin bərpasında mənim də payım var.
 – Şamil müəllim, əzab-əziyyətdən dogan kin və nifrət hissi, o cümlədən də vətənpərvərlik hissi sizi cəbhə xəttinə,ölüm kabusunun var olduğu bir nöqtəyə -Qarabağ uğrunda gedən döyüşlərə çəkdi və siz, səngərlərə getdiz?…

– Bəli, Pünhanə xanım.Mən ilk dəfə cəbhəyə Laçın rayonu uğrunda gedən döyüşlərdə könüllü olaraq qatıldım və çox ağır döyüşlərin iştirakcısı oldum. Biz, bir qrup könüllü, hətta silahsız ola-ola (ov tüfəngləri vardı,lakin avtomat silahların veriləcəyinə ümid edirdik) bir neçə qəsəbənin xilas edilməsi prosesində iştirak etmişik. Mühüm əhəmiyyətə malik Lacın rayonundakı “Qayğı” qəsəbəsinin tikilib istifadəyə verilməsi üçün əlimizdən gələn nə varsa, etmişik.

– O cür ağır döyüşlərin getdiyi bir vaxtda, bu qəsəbənin tikilməsində məqsəd nə idi?

– Daşnaklar, Ermənistanın Gorus rayonunun Dığ və Karnidzor kəndləri arasından Azərbaycanın ayrılmaz hissəsi olan DQMV-nin Xankəndi şəhərinə tunel yol çəkmək istəyirdilər. Məqsədimiz bu,  məkrli planın qarşısını almaqdan ibarət idi. Biz, Dığ və Karnidzor kəndlərində yaşayan erməniləri qorxuya salaraq, öz həmyerlilərimizdə ruh yuksəkliyi yaratmaq istəyirdik. Çalışırdıq ki, torpağa bağlı insanlar, məcburiyyət qarşısında qalaraq, ev-eşiklərini atıb getməsinlər.

 – İstəyinizə nail ola bildinizmi?

– Təbii ki, bacardığımız qədər, hə. Çünki, Gorusda yaşayan ermənilər deyirdilər ki, bu gedişlə Türk oğulları bizim axırımıza çıxacaqlar.

– Onların axırına çıxa bildinizmi?

– Təəssüflər olsun ki, yox. Buna erməniləri müdafiə edən beynəlxalq qüvvələr və o dövrdə ölkəmizdə gedən siyasi proseslər mane oldu. Mən 1990-cı ilin yazında Xocalıda baş verən olaylarla bağlı Bakıdakı rahat iş-gücümü atdım, Şah İsmayıl Xətai adına könüllülərdən ibarət dəstənin komandiri kimi bölgəyə getdim, torpaqlarımızın müdafiəsi uğrunda mübarizəyə başladım. O zaman Qarabağda Rusiyanın razılığı, Azərbaycan KP MK-nın II katibi V.P.Polyaniçkonun rəhbərliyi altında “Dağlıq Qarabağ üzrə Respublika Təşkilat Komitəsi” yaradıldı. Etiraf edim ki, bu Komitənin fəaliyyət göstərdiyi müddətdə, Dağlıq Qarabağın azərbaycanlılar yaşayan əksər məntəqələrində tikinti-abadlıq işləri geniş vüsət almışdı. Biz, 1990-cı il mayın 28-də Respublika gününü Xocalıda,özü də yüksək səviyyədə qeyd etdik. Məlumat üçün deyim ki, Azərbaycan o zaman, hələ öz dövlət müstəqilliyini bərpa etməmişdi. Mən  Ağdam rayonunun indiki İcra Başçısı, Raqub Məmmədovla (O zaman o, Rayon Komsomol Komitəsinin I katibiydi) görüşüb, ondan xahiş etdim və o da Ağdam Muğam məktəbinin direktoru ilə əlaqə yaratdı. Onlar bizə, Ağdam Muğam musiqi məktəbindən gözəl bir ansambl verdilər və mən, o ansamblı min bir əziyyətlə, Əsgəran rayonunun mərkəzindən keçirib Xocalı şəhər stadionuna gətirdim. Orda Azərbaycanın ay ulduzlu, üç rəngli bayragını dalğalandırmaq şərəfinə nail oldum. Hazırda, Ağdam rayonlararası Muğam Musiqi məktəbinin direktoru olan çox dəyərli dostum, Respublikanın Əməkdar Mədəniyyət işçisi, Kərbəlayi Rafiq Rüstəmovun rəhbərliyi altında gözəl musiqi gecəsi keçirdik.Bütün şəhər əhli konsertə baxmaq üçün Xocalı şəhər stadionuna gəlmişdi….

– Şamil müəllim, o cür ağır bir dönəmdə bu cür konsert təşkil etməyə nə ehtiyac vardı ki?

-1989-90-cı illərdə bölgədə vəziyyət çox gərgin idi, hər saniyə icimizdə ölüm qorxusu vardı, biz bu qorxunu içimizdən çıxarmaq, bütövlükdə Xocalı əhalisinin əhval-ruhiyyəsini qaldırmaq üçün bu addımı atdıq. Bunu ozümüzə vətəndaşlıq borcu hesab etdik, təkrar edirəm,camaatda ruh yuksəkliyi yaratmaq üçün etdik.

– Bayram konsertinin həyata keçməsi sizə nə bəxş etdi?

– İndi o barədə danışmaq çox asandır, o vaxt danışmaq da çətin idi, verdiyin sözə əməl etmək də. Keçmiş SSRİ DİN-in tabeçiliyindəki Daxili Qoşun hissələrinin Dağlıq Qarabağda hökmranlıq etdiyi bir zamanda, Azərbaycanın Dövlət müstəqilliyinin ildönümünü yüksək səviyyədə qeyd etmək olardı? Dildə demək asandır.Hazırda Milli Məclisin deputatı olan Elman Məmmədov  o zaman Xocalı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışmış Murad Şükürov,  istefada olan tibb xidməti polkovniki Eldəniz Allahverdiyevin ömür-gün yoldaşı, hörmətli Zərifə müəllimə xatırlayırlar ki, mən, hansı əzablar hesabına o bayram tədbirini təşkil etdim. Bir vətənpərvər insan kimi, qarşılaşdığım çətinliklərə baxmayaraq, özümə inam hissinin təsiri altında, mən, o bayram konsertini təşkil etdim. Özümlə yanaşı, yerli əhalidə də ruh yüksəkliyi yaratdım ki, varıq, olacagıq, artacağıq!

– Əzab-əziyyətlə dolu xatirələrlə yaşamaq necə bir hissdi, sizinçün nə deməkdi?

– Pünhanə xanım, qanlı savaş meydanlarında ən azı 6-7 dəfə ölümlə üzbəüz gəlmişəm. Mən, həlak da ola bilərdim, minalı ərazilərdə həyatımız ipdən asılı olub…Bir epizod danışım:1992-ci il fevralın 1-dən 2-ə keçən gecə Şuşada, əsgər qışlasında yatdığımız zaman, gecə saat 3-4 arası buranı atəşə tutdular. 8 nəfər həlak oldu,4 nəfər yaralandı.Mənim yanımdakı çarpayıda Sovet-Əfqanıstan müharibəsindən sağ-salamat gəlmiş Rəhman Qəhrəmanov yatmışdı. O, həmin gecə şəhid oldu, mən salamat qaldım. Mənim naşükürlük etməyə haqqım yoxdur. Çünki, əslən Qarabağdan olmasam da, Qarabağın xilası naminə sidq ürəklə çalışmışam.Ulu Tanrı da məni,bu cür əməllərimə görə öz qanadı altında saxlayıb.

– Dəhşətin özü və kin-küdurətin hakim olduğu müharibə anlayışı sizin ücün nə deməkdi?

– Müharibə qan –qadadı, bacım. Mənim üçün müharibə, ananın oğulsuz qalması, bacının qardaşsız, gəlinin ərsiz dul qalmasıdır. Mən müharibəni başlayanları, silah-sursat alverçilərini, müharibədən gəlir mənbəyi kimi istifadə edənləri lənətləyirəm. Mən,müharibə tərəfdarı deyiləm.

– Noyabrın 16-da rəhbərli etdiyiniz təşkilatın 7 yaşı tamam oldu. Bu münasibətlə Sizi səmimi qəlbdən təbrik edirəm.  Ötən 7 ildə nə qazandız, nə itirdiz?

– “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi mövcud qanunvericilik əsasında fəaliyyət göstərir. Məqsədi məlum soyqırımın tanınmasında Azərbaycan xalqına və dövlətimizə yardım etməkdən ibarətdir. Dövlət səviyyəsində bu məsələyə ciddi önəm verildiyinə görə, biz də bu sahədə müəyyən işlər görürük. Almaniyada Xocalı soyqırımına həsr edilən foto-sərginin təşkili, Türkiyədə,Ukraynada keçirdiyimiz tədbirlər, dediklərimə əyani sübutdur. Lakin, ötən 7 ildə dəfələrlə deyilməsinə, yazılmasına baxmayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyini daimi ofislə təmin etməyib. Buna nə ad vermək olar?

– Siz bu yaxınlarda Türkiyədən qayıtmısız. Əldə etdiyimiz məlumatlara görə, səfəriniz çox zəngin olub.

– Bu gün Türkiyə Cümhuriyyəti dünya birliyinin diqqət mərkəzindədir. Anadolu türkləri bizim qan qardaşlarımızdır. Dahi Mustafa Kamal Atatürk gözəl deyib:”Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” Ümummilli Lider Heydər Əliyevin söylədiyi:”Biz, bir millət, iki dövlətik!” kəlamı da burda yerinə düşür. Biz, Türkiyədə çox maraqlı görüşlər keçirdik. Milyon yarımdan çox əhalinin yaşadığı Manisa şəhərində Qarabağ parkının açılması və bu parkda Xocalı soyqırımının qurbanlarına abidə qoyulması üçün razılığa gəldik. Burda gündəlik nəşr olunan “Manisa olay” qəzetilə “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin mətbu orqanı- “Ana harayı” qəzeti redaksiyaları arasında dostluq, qardaşlıq və birgə əməkdaşlıq barədə Protokol imzaladıq. Bizə göstərmək istədiyi dəstəyə görə, bu qəzetin imtiyaz sahibi Hacı Kamber Atabey və TADDEF-in Xarici Əlaqələr Komitəsinin rəhbəri, “Uluslararası Azerbaycan Dil Tarih Medeniyet Kültur Araştırma Merkezi” nin Genel Başkanı, “Manisa olay” qəzetinin Köşə yazarı Seyfettin Ayakyaya xüsusi təşəkkür edirəm..

– Qarabağın geri qaytarılması xəbərini eşitsəz,hansı hissləri keçirərdiz?

– Sevincdən ürəyimin partlayacağına da şübhəm yoxdur. Kaş ki, o gün tez gələydi. Kaş ki, biz, bu ağır problemi indiki gənc nəslin öhdəsinə buraxmazdıq….

– Şamil müəllim,maraqlı müsahibə üçün sağ olun.Dəyərli vaxtınızdan ayırıb  müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirəm.

Pünhanə Əliyeva

(Fact-info.az )

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

13 yaşlı kamikadze qız

Next Post

Qurban Qurbanov üsyan etdi: “Ofsayd yox idi”

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Qurban Qurbanov üsyan etdi: "Ofsayd yox idi"

Qüdrət Həsənquliyev Romada Azərbaycandakı tolerantlıqdan danışdı - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.