Qroznıda törədilmiş terror hadisəsində iştirak edən şəxslərin qohumlarının yandırılmış evlərinin görüntüləri yayılıb.
Axar.az “Kavkaz-uzel.ru”ya istinadən xəbər verir ki, fotoları “Memorial” Hüquq Müdafiə Mərkəzi yayıb.
Xatırladaq ki, bir müddət öncə çeçen mücahidləri Qroznıda Mətbuat evinə hücum etmişdilər. Hücumun məsuliyyətini “İmarət Qafqaz” təşkilatı öz üzərinə götürmüşdü. Hadisələr nəticəsində rəsmi olaraq 14 polisin öldürüldüyü, 28-nin yaralandığı bildirilmişdi.
Çeçenistan Prezidenti Ramzan Kadırov isə öz İnstaqram səhifəsində bu hadisəyə görə mücahidlərin doğmalarına qarşı sərt davranacağını, onların Çeçenistanda yaşamaq haqqının olmadığını yazdı. Bu açıqlamadan sonra mücahidlərin doğmalarının evlərinin yandırılması prosesi başdı. Çeçenistanın Açxoy-Martanovsk rayonunun Yandi kəndində Qroznıda öldürülən döyüşçülərdən birinin 4 qohumunun evinin yandırıldı, ardınca Kotar-Yurd kəndində Şamil Basayev tərəfindən yaradılmış “Riyad əs-Salixiyn” batalyonunun rəhbəri Aslan Byutukayevin də qohumlarının evlərinə od vuruldu.



