“Rusiya qazının Türkiyəyə nəqlini nəzərdə tutan layihə Trans-Anadolu qaz kəmərinə alternativ deyil”.
Elchi.az-ın Türkiyənin NTV kanalının məlumatına görə, bunu Türkiyənin enerjgetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.
O, qeyd edib ki, Türkiyə TANAP layihəsinin iştirakçısıdır.
Rusiya prezidenti Vladimir Putin dekabrın 1-də Türkiyəyə səfəri zamanı “Cənub axını” layihəsinin dayandırıldığını və əvəzində Türkiyə ilə alternativ layihə barədə razılaşma əldə olunduğunu bəyan elədi.



