Vaşinqton G20 daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətdə Rusiyaya maneələr yaratmağı planlaşdırır.
Elchi.az News.am-a istinadənj xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Məsələləri Komitəsinin martın 12-də yaydığı büdcə layihəsinə əlavə edilmiş izahat materiallarında deyilir.
“Sənəd Rusiyanın G20, Bank Nəzarəti üzrə Bazel Komitəsi, Maliyyə Sabitliyi Şurası, Beynəlxalq Sığorta Nəzarəti Assosiasiyası və Qiymətli Kağızlar Komissiyaları Beynəlxalq Təşkilatındakı nümayəndələrini istefaya göndərmək siyasətini nəzərdə tutur. Eyni zamanda bu sahədə təşviqat üçün lazımi addımların atılmasını tələb edir. ”,-deyə materialda qeyd edilib.
Yeganə




