Xəbər verdiyimiz kimi, Almaniyada dövlət çevrilişinin hazırlanmasına qarşı xüsusi əməliyyat keçirilir. Almaniya Bundestaqına basqın etməyə hazırlaşan bəzi şübhəlilər həbs olunub. Həmin şübhəlilər içərisində Vitalya BV adlı rusiyalı qadın da var.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniyanın ittihamları barədə açıqlama verib.
Elchi.az TASS-a istinadən xəbər verir ki, Peskov Almaniyada dövlət çevrilişinin hazırlanmasına Rusiyanın heç bir iştirakının olmadığını söyləyib.
Yeganə






