Monqolustan prezidenti Xürelsüx Uxnaaqiyn prokurorluqdan və hökumətdən etirazçıların əsas tələbini yerinə yetirməyi və ölkənin əsas ixrac məhsulu olan kömürün kütləvi şəkildə mənimsənilməsi ilə bağlı araşdırmanı həll etməyi tələb edib.
Elchi.az News.am-a istinadən xəbər verir ki, o, Ulan-Batorda hökumət üzvləri, prezident administrasiyası, Baş Prokurorluğun rəhbərliyi və hüquq-mühafizə orqanları ilə görüşdə müvafiq bəyanatla çıxış edib.
Prezidentin qeyd etdiyi kimi, 4 gündür ki, aksiyalar davam edir, lakin hökumət və hüquq-mühafizə orqanları etirazçıların tələblərinin yerinə yetirilməsi üçün hələ də konkret addım atmayıb. X.Uxnaaqiyn məsləhətləşmə iştirakçılarını etirazlar məsələsini tez bir zamanda həll etməyə çağırıb.
Yeganə






