Dekabrın 7-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkədə diplomatik fəaliyyətini başa vuran ABŞ səfiri Lin Treysini qəbul edib.
Elchi.az bu barədə Armenpress-ə istinadən xəbər verir.
Həmsöhbətlər Ermənistan-ABŞ münasibətlərindəki müsbət dinamikanı, o cümlədən siyasi dialoqlarla bağlı məmnunluqlarını vurğulayıblar.
Mirzoyan Ermənistan-Amerika münasibətlərinin inkişafına verdiyi mühüm töhfəyə görə səfir Treysiyə təşəkkür edib və onu Ermənistan Xarici İşlər Nazirliyinin fəxri medalı ilə təltif edib.
Yeganə





