Çıldır-Aktaş Gömrük Qapısında sıxlıq artmaqda davam edir. Sərhəddə yük maşınlarının növbəsi 5 kilometrə çatıb.
Elchi.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən dəniz nəqliyyatının quruya çevrilməsi səbəbindən gömrük qapılarının sıxlığı artır.
Sərhəddə yük maşınlarının növbəsinin 5 kilometrə qədər çatdığı öyrənilib.
Rusiya-Ukrayna müharibəsi dəniz nəqliyyatını quruya çıxardı və sərhəd qapılarında yük maşınlarının sıxlığının artmasına səbəb oldu.
Yük maşınlarının sıxlığının artmasının səbəblərindən biri də ixracın artmasıdır.
Çıldır Aktaş Sərhəd Qapısında günlərlə növbə gözləyən TIR sürücüləri isə narahatlıq keçirir. Xüsusilə də gömrük qapılarında infrastrukturun yetərli olmamasından şikayət edən sürücülər bu problemlərin tez bir zamanda aradan qaldırılmasını istəyirlər.
Şayəstə




