Avropa İttifaqına (Aİ) üzv dövlətlər nağd ödənişləri 10 000 avro ilə məhdudlaşdırmağa və 1 000 avrodan yuxarı kriptovalyuta əməliyyatlarına ciddi nəzarət etməyə razılaşıblar.
Elchi.az xəbər verir ki, Avropa Şurası üzv dövlətlərin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün maliyyə sisteminə sərt qaydalar gətirəcək yeni tənzimləmə ilə bağlı danışıqlarda razılaşdıqlarını açıqlayıb.
Müvafiq olaraq, mövcud normativ-hüquqi bazanın əhatə dairəsi genişləndiriləcək və boşluqlar aradan qaldırılacaqdır.
Aİ-yə üzv dövlətlərdə maliyyə əməliyyatlarına daha sərt qaydalar tətbiq olunacaq. Cinayətkarların çirkli pulların yuyulmasını çətinləşdirmək üçün Aİ ölkələrində böyük məbləğdə nağd ödənişlər məhdudlaşdırılacaq.
Aİ ölkələrində 10 min avronu aşan nağd ödənişlər qadağan ediləcək. Üzv dövlətlər nağd ödənişlər üçün 10 min avrodan az limit tətbiq edə biləcəklər.
Zərgərlər vasitəsilə çirkli pulların yuyulması daha da çətinləşəcək.
Aİ çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə qaydalarını bütün kriptovalyuta sənayesinə şamil edə biləcək.
Kriptoaktiv xidmət təminatçıları müştərilərinə lazımi qayğı göstərməlidirlər. Bu çərçivədə kripto xidmət təminatçıları müştəriləri haqqında faktları və məlumatları yoxlamalı olacaqlar.
Şayəstə





