"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Moskvada Heydər Əliyevin xatirəsi anılıb – FOTO

11 Dekabr 2022 - 09:05
in ÖNƏMLİ

Moskvada Azərbaycanın Rusiyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Elchi.az-ın verdiyi məlumata görə, tədbirdə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri, Liberal-Demokratik partiyasının sədri Leonid Slutski, “TASS” informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri, ictimaiyyət nümayəndələri, Heydər Əliyev Fondunun nümayəndəliyinin əməkdaşları, Azərbaycanlı Gənclər Təşkilatının fəalları, diaspor təşkilatlarının üzvləri və Moskvada Heydər Əliyevlə birgə işləmiş sabiq silahdaşları iştirak ediblər.

Foyedə Ulu Öndərin həyatından bəhs edən fotosərgi təşkil olunub, kitablar nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan səfir Polad Bülbüloğlu qeyd etdib ki, Heydər Əliyev hələ sovet dövründə ölkəyə rəhbərlik etməyə başlayandan sonra öz prinsipiallığı, səriştəsi və dərin biliyi sayəsində qısa müddət ərzində Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikaları sıralarına çıxardıb.

P.Bülbüloğlu qonaqların diqqətinə çatdırıb ki, ümummilli lider 1993- cü ildə Azərbaycan xalqının dəvəti ilə Naxçıvandan Bakıya qayıdıb və vətəndaş müharibəsi, tamamilə dağılmaq ərəfəsində olan müstəqil Azərbaycana rəhbərlik etməyə başlayıb. Bu çətin vəziyyətdə o, böyük nüfuzu, bacarığı və təcrübəsi sayəsində çox qısa müddətdə respublikada stabilliyi bərpa edə bilib və ölkə beynəlxalq aləmdə öz layiqli yerini tutub.

“Bugünkü Azərbaycan ümummilli liderin əsəridir. Həm də o mənada ki, bu gün respublikaya uğurla rəhbərlik edən belə bir oğul böyütmüşdür”, – səfir vurğulayıb.

Səfir xüsusilə qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan torpaqlarını işğaldan azad edərək, Azərbaycana Qarabağı, Vətənimizin mirvarisi olan Şuşa şəhərini qaytararaq, Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının arzusunu reallaşdırıb, bununla da öz adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etdib.

Tədbir çərçivəsində Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədi sevgi” kitabının təqdimatı keçirilib.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin Humanitar Proqramlar şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova çıxışında sözügedən kitabdan sitatlar gətirərək qonaqlara nəşrin müəllifi və onun ərsəyə gəlməsi tarixi barədə ətraflı məlumat verib.

Həmçinin qonaqlara ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.(report)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda Talıbovlara məxsus möhtəşəm villalar – FOTO

Next Post

Rusiya XİN: “3+3” formatında görüş yaxın aylarda baş tuta bilər

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post
Rusiya XİN: “3+3” formatında görüş yaxın aylarda baş tuta bilər

Rusiya XİN: “3+3” formatında görüş yaxın aylarda baş tuta bilər

Putindən AB-yə neft mesajı: “təsirlənməyəcəyik”

Putin bütün hərbi potensialı Ukraynaya yönəldir - Jdanov

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.