Kiyev və Kiyev vilayətində hava həyəcanı elan edilib.
Elchi.az xəbər verir ki, bu barədə “Rus baharı” nəşrinin müharibə müxbirləri məlumat yayıb.
Həmçinin Ukraynanın Poltava, Çerniqov, Dnepropetrovsk vilayətlərində yenidən hava xəbərdarlığı elan edilib.
Xatırladaq ki, oktyabrın 10-da RF Silahlı Qüvvələri Ukraynanın enerji infrastruktur obyektlərinə ilk kütləvi zərbə endirib. Əsas hədəf kimi generasiya qurğuları deyil, paylayıcı şəbəkə seçilib. Yarımstansiyalarda üçfazalı 330/110 kV-luq və birfazalı 750/330 kV-luq avtotransformatorlar sıradan çıxarılıb.
Şayəstə




