Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəsinin Avropa, ABŞ və Avstraliyadakı düşmənlərindən qorunmaq üçün yeni nəsil silahların istehsalını sürətləndirdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Telegram hesabından açıqlama verən Medvedev, ən güclü məhvetmə vasitələrinin istehsalını artırdıqlarını bildirib.
Bunun düşmənlərdən qorunmaq üçün edildiyini bildirən Medvedev silahların nə olduğu barədə təfərrüatları paylaşmayıb.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl də dəfələrlə bildirib ki, ölkəsi yeni silahlar, o cümlədən hipersəs silahları inkişaf etdirir.
Dmitri Medvedev bundan əvvəl Rusiyada dövlət başçısı və baş nazir vəzifələrində çalışıb.
Şayəstə





