Elchi.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə “Ukrayna xalqı ilə həmrəylik” və “Ukraynanın gücü və yenidən qurulması” konfransları keçiriləcək.
Yelisey Sarayındakı mənbələrdən verilən məlumata görə, sabah Ukrayna-Fransa birgə təşəbbüsü ilə keçiriləcək iki konfransa Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenski həmsədrlik edəcək.
Ukrayna Xalqı ilə Həmrəylik Konfransında 47 ölkənin və 22 beynəlxalq təşkilatın iştirakı nəzərdə tutulur. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş də videokonfrans vasitəsilə iştirak edəcək.
Digər iştirakçılar arasında Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen, Ukraynanın baş naziri Denis Şmıqal və Zelenskinin həyat yoldaşı Olena Zelenska da var.
Birinci konfrans 13 dekabr – 2023-cü il mart ayının ortaları arasında xüsusilə enerji, qida, səhiyyə, ictimai nəqliyyat və su kimi sahələrdə Ukraynanın təcili infrastruktur ehtiyaclarına dəstək vermək məqsədi daşıyır.
Günün ikinci yarısında “Ukraynanın gücü və yenidən qurulması” konfransında 500 fransız şirkətinin, o cümlədən Fransada infrastruktur və elektrik xətlərinin saxlanmasına cavabdeh olan Enedis, süd sənayesində Lactalis və əczaçılıq şirkətinin nümayəndələri iştirak edəcək.
Şayəstə





