Kremlin sözçüsü Dmitriy Peskov Kosovo serblərinin bütün hüquqlarının qorunmalı olduğunu ifadə edərək, “Biz vəziyyətin diplomatik yollarla həllinin tərəfdarıyıq” dedi.
Elchi.az xəbər verir ki, bu barədə Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.
Kosovodakı vəziyyətə də toxunan Peskov, “Biz Kosovo serblərinin bütün hüquqlarının qorunmasının və bu vəziyyətlə bağlı bütün sənədlər çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin tərəfdarıyıq. Bizim üçün vacibdir. Biz tərəflərin sülh yolu ilə səy göstərməsinin və vəziyyətin diplomatik yollarla həllinin tərəfdarıyıq”.
Burada gərginliyin azaldılmasının vacibliyini vurğulayan Peskov, Serbiya prezidenti Aleksandr Vuçiçin Kosovodakı vəziyyətlə bağlı Rusiya prezidenti Vladimir Putindən dəstək istəmədiyini bildirib.
Rusiyanın nüvə doktrinasının dəyişdirilib-dəyişdirilməyəcəyi sualını cavablandıran Peskov, “Bu mövzuda sürətli addımlar yoxdur” deyib.
Şayəstə





