"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda “Böyük Hindistan” sərgisi açılacaq

13 Dekabr 2022 - 10:31
in İQTİSADİYYAT

Dekabrın 16-26-da Bakıda növbəti dəfə “Böyük Hindistan” adlı hind məhsullarının satış-sərgisi açılacaq.
Sərgidə Hindistanın müxtəlif vilayətlərini təmsil edən fərqli sahələr üzrə ixtisaslaşmış şirkətlər öz istehsalları olan məhsullarını azərbaycanlı alıcılara təqdim edəcəklər.
Elchi.azxəbər verir ki, “Böyük Hindistan” sərgisinin təşkilatçısı, Hindistanın tanınmış AVM Expo İndia şirkətinin prezidenti Aşok Şarma “açıqlamasında bildirib ki, “Şərq Bazarı” nda açılacaq sözügedən sərgidə Hindistandan gətirilmiş əsasən əl işlərindən ibarət məhsullar təqdim ediləcək.
Eyni zamanda, burada hind mətbəxinin əvəzsiz nümunələrindən sayılan düyü, çay, keyfiyyətinə söz olmayacaq xalis ədviyyatlar, təmiz və keyfiyyətli şərab, bundan əlavə əl işi olan mebellər, geyim nümunələri, qadınlar üçün bəzək əşyaları, suvenirlər və sair sərgilənəcək.
“Hindistan çox böyük əraziyə və çoxçeşidli mədəniyyətlərə malik ölkədir. Sərgidə təxminən 35-40 tanınmış şirkət iştirak edəcək. Bu yerdə qeyd edim ki, şirkətlər ölkəmizin fərqli regionlarını təmsil edir. Məsələn, Racəstxan, Kəşmir, Munbay, Dehli və sair bölgələrindən gələcək şirkətlər belə demək mümkündürsə, hər biri Bakıda öz yerli milli mədəniyyətlərini təqdim edəcəklər ”, – deyib cənab A.Şarma.
Müsahibimiz bildirib ki, əvvəllər də dəfələrlə Azərbaycanda olub, amma bu dəfə təşkilati işlərə məsul şirkət kimi gəlib və ən uzunmüddətli sərgini keçirəcəklər. Ümumiyyətlə, indiyədək Hindistandan xaricdə ticarət işləri məşğul olsalar da, təşkilatçı kimi ilk uzunmüddətli sərgini məhz Bakıda həyata keçirəcəklər. Yaxın gələcəkdə isə, Gürcüstanda, Bolqarıstanda, Afrika ölkələrində və sair bənzər sərgilər keçirmək niyyətləri var.
Söhbət əsnasında sərgiyə çıxarılacaq məhsulların satış qiymətləri ilə də maraqlandıq. A.Şarma deyib ki, maksimum aşağı qiymətlərlə keyfiyyətli mal təklif etmək niyyətindədirlər.
Maraqlıdır, Hindistanın çox böyük ərazisindəki bir-birindən fərqli şirkətləri Azərbaycana gətirmək üçün necə toplayırlar? Cənab Şarma deyib ki, Hindistanda bununla bağlı reklamlar yayımlanır. Sərgidən xəbər tutan, ölkənin harasında fəaliyyət göstərməsindən asılı olmayaraq istənilən şirkət əgər iştirak etmək istəyirsə, bunu rəsmi şəkildə təşkilatçıya bildirir və qeydiyyata düşür. Bu zaman həmin şirkətlər Bakıya hansı məhsullarla gəlmək istədiklərini də mütləq qeyd edirlər.
A.Şarma onu da qeyd edib ki, ilk sərgi Bakıda açılsa da, gələcəkdə bu tədbiri Azərbaycanın bölgələrinə də daşımaq fikirləri var. Məsələn, ölkənin ikinci iri şəhəri olan Gəncədə, hətta Qəbələdə satış-sərgisi təşkil etmək istəyirlər.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Paşinyan Əliyevin növbəti tələbini yerinə yetirdi

Next Post

Rus sülhməramlılar separatçıların istəyini rədd etdi

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Rus sülhməramlılar separatçıların istəyini rədd etdi

Rus sülhməramlılar separatçıların istəyini rədd etdi

Müharibə iştirakçısı həkimi döydü

Müharibə iştirakçısı həkimi döydü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.