Avstraliyanın Kvinslend əyalətində dünən baş verən qarşıdurmada 2 polis və 1 mülki vətəndaşı öldürən 3 hücumçunun zərərsizləşdirildiyi bildirilib.
Elchi.az xəbər verir ki, bu barədə Polisdən verilən açıqlamaya görə, dünən yerli vaxtla saat 16:45-də Kvinslend əyalətinin Wieambilla bölgəsində xəbəri qaçıraraq hadisə yerinə gedən polislə silahlı basqınçılar arasında qarşıdurma yaşanıb.
2 polis əməkdaşı və bir mülki şəxsin öldürülməsindən sonra yerli vaxtla saat 22:30-da bölgəyə xüsusi təyinatlıların yeridilməsi ilə ikinci qarşıdurma baş verib.
Qarşıdurmada 2 kişi və 1 qadın həlak olub.
Kvinslend ştatının polis komissarı Katarina Kerroll bildirib ki, öldürülənlərin hər üçü günahkar sayılır.
İşin istintaqı davam etdirilir.
Avstraliyanın Baş naziri Entoni Albanese Twitter hesabında, “Viambillada baş verənlər dəhşətlidir. Vəzifəsini yerinə yetirərkən həyatını itirən Kvinslend polisinin ailələri və yaxınları üçün ürək ağrıdan bir gündür. Hər kəsə başsağlığı verirəm. Avstraliya kədərlənir.”
Şayəstə




