İnsan Haqlarının Müdafiəsi Birliyinin sədr müavini Nərgiz Məhəmmədiyə Parisdə Sərhədsiz Reportyorlar Təşkilatının 2022-ci ilin “Cəsarət” mükafatı verilib.
Elchi.az xəbər verir ki, Nərgiz Məhəmmədinin qızı mükafatlandırma mərasimində onun adından iştirak edərək, anasının mesajını mərasim iştirakçılarına çatdırıb.
“Mən bu mesajı yazarkən 60-dan çox qadın siyasi məhbusun əhatəsindəyəm. Ölkəmdə xalq üsyanı baş verir və hökumətin repressiyaları davam edir”, – o bildirib.
Qeyd edək ki, Tehranın Evin həbsxanasında saxlanılan, Güney Azərbaycanın Zəncan şəhərindən olan siyasi məhbus Nərgiz Məhəmmədi bu həftə BBC tərəfindən dünyanın yüz ən nüfuzlu və ilhamverici qadınından biri seçilib.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...





