"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Sülhməramlıların missiyası gərginlik yaratmaq yox, sülh yaratmaqdır”

14 Dekabr 2022 - 21:33
in MÖVQE

Artıq 3 gündür ki, ekoaktivistlərimizin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa-Laçın yolunda keçirdiyi etiraz aksiyası fasiləsiz olaraq davam edir. Bu aksiyanın əsas məqsədi Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə separatçı ermənilər tərəfindən qanunsuz olaraq istismar edilən faydalı qazıntı yataqlarında ekoloji monitorinqə şərait yaradılmasına nail olmaqdır. Bu, kifayət qədər aydın və həm də dinc tələbdir, haqlı tələbdir. Bu tələbdə nə mülki ermənilərə qarşı aqressiya, nədəki sülhməramlılara qarşı hər hansı bir təhdid, təxribat cəhdi yoxdur.
Qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti nümayəndələrimiz öz ərazimizdə, Laçın-Xankəndi yolunun Şuşa şəhərinin yaxınlığından keçən hissəsində sadəcə dinc aksiya keçirirlər. Sülhməramlılar isə bu aksiyaya anlayışla yanaşmaq və bizim ictimai fəallarımızın haqlı tələblərini diqqətlə dinləyib adekvat addımlar atmaq əvəzinə, vəziyyəti qəsdən gərginləşdirmək xəttini tuturlar. Rusiya sülhməramlı qüvvələri sözügedən yolu konteynerlərlə, beton maneələrlə bağlamaqla açıq şəkildə təxribata yol verirlər. Onlar Azərbaycanın Xankəndidəki erməniləri guya blokadada saxladığı görüntüsünü yaratmağa çalışırlar. Məqsəd isə həm Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmaqdır, həm də rəsmi Bakının bölgədəki mülki ermənilərlə təmaslara başlamasına, həmin ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya edilməsi prosesinə mane olmaqdır.
Rusiya bu cür təxribatlarla sülhməramlılarının mandatının uzadılmasına, bölgədə öz varlığını qoruyub saxlamağa nail olmaq istəyir. Sülhməramlilarin təxribatçı davranışları 10 noyabr Üçtərəfli Bəyanatının müddəalarına da tamamilə ziddir. Sülhməramlıların komandanı general Andrey Volkov separatçılara himayədarlıq etmək və avantürist milyarder Ruben Vardanyanla əlbir olub öz şəxsi maraqlarını güdmək əvəzinə, Rusiya lideri Vladimir Putinin Üçtərəfli Bəyanatdakı imzasına hörmətlə yanaşmalı və üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməyə çalışmalıdır. Lakin əfsuslar olsun ki, Volkov özünü karlığa, korluğa vurub. Rusiyalı general özünü sülhməramlı kimi yox, separatçıların hamisi kimi aparır. Biz bütün bunları görürük və qınayırıq. İctimai fəalllarımız da məhz bu cür məkrli oyunlara və Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə ermənilərin faydalı qazıntı yataqlarımızı talamasına etirazlarını bildirmək üçün aksiya keçirirlər.
Bu aksiyalar heç şübhəsiz ki, tələblərimiz yerinə yetirilənə qədər davam edəcək. Monitorinq qrupumuz maneəsiz olaraq əraziyə buraxılmalı və yataqların talan edilməsi, ərazilərimizin ekoloji çirklənməyə məruz qoyulması dərhal dayandırılmalıdır. Rusiya sülhməramlıları isə buna şərait yaratmağa sadəcə və sadəcə borcludur. Onlar bu haqlı tələblərimizi yerinə yetirmək əvəzinə, məsələni qəsdən başqa müstəviyə keçirməyə, prosesi süni surətdə siyasiləşdirməyə çalışmamalıdırlar. Sülhməramlılar siyasətlə məşğul olmamalı və Rusiyanın ermənipərəst siyasətçilərinin, parlamentarilərinin prosesə müdaxilə etməsinə, onların anti-Azərbaycan xarakterli fikirlər səsləndirməsinə şərait yaratmamalıdırlar.
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin kimi ermənipərəstlər də məhz sülhməramlıların süni surətdə yaratdığı gərginliyi əllərində bəhanə kimi tutaraq Laçın yolunun bağlanmasına görə Azərbaycanı ittiham edirlər. Ədalət və vicdan hissini çoxdan itirmiş bu ermənipərəst siyasətçi deyir ki, “ümid edirəm ki, Rusiya sülhməramlıları vəziyyəti düzəldəcək, Laçın yolunu açacaqlar”. Biz Rusiyanın bu saxtakar deputatının nəzərinə çatdırırıq ki, vəziyyəti korlayan da, Laçın yolunu bağlayan da elə Rusiya sülhməramlılarının özləridir. Heç olmasa, biraz vicdanınız olsun, faktları saxtalaşdırmaq, həqiqətləri təhrif etmək ənənənizə son qoyun, Azərbaycan ilə Rusiya arasında münasibətləri daim gərginləşdirmək vərdişinizdən əl çəkin.
Biz Milli Həmrəylik Partiyası (MHP) olaraq sülhməramlıların və Zatulin kimi araqarışdıran siyasətçilərin erməni separatçılarına açıq şəkildə dəstək verməsini region üçün təhlükəli hesab edirik. Ümid edirik ki, aksiya keçirən ekoloqlarımızın, ictimai fəallarımızın haqlı tələblərinə, çağırışlarına sülhməramlıların komandanlığı tərəfindən nəhayət ki, düzgün münasibət sərgilənəcək, ermənilərin ekoloji terroruna son qoyulması üçün monitorinqin aparılmasına qeydsiz-şərtsiz şərait yaradılacaq.
Sülhməramlıların missiyası gərginlik yaratmaq yox, sülh yaratmaqdır. Onlar dinc aksiya iştirakçılarının qarşısına ağır zirehli hərbi texnika ilə çıxmamalıdırlar. Biz aksiya keçirən ictimai fəalllarımızın haqlı tələblərini dəstəkləyir, onların cəsarət və fədakarlığını alqışlayırıq. Eyni zamanla onlarla həmrəylik nümayiş etdirmək üçün aksiyaya qoşulmağa hazırıq. Hesab edirik ki, siyasi mövqeyindən asılı olmayaraq bu aksiyanı hər bir Azərbaycan vətənadaşı dəstəkləməlidir.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şuşa-Xankəndi yolundakı aksiya Pakistan mətbuatında

Next Post

Ölkədə ilk dəfə Aqrar Startaplar Formu keçirilib

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Ölkədə ilk dəfə Aqrar Startaplar Formu keçirilib

Ölkədə ilk dəfə Aqrar Startaplar Formu keçirilib

Mina partlayışında şəhid olan hərbçinin şəxsiyyəti bilindi – FOTO

Mina partlayışında şəhid olan hərbçinin şəxsiyyəti bilindi - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.