Bundestaqın Büdcə Komitəsi Almaniya və ABŞ arasında beşinci nəsil F-35 qırıcılarının alınmasına dair sazişi təsdiqləyib.
Elchi.az-ın News.am-a istinadən xəbərinə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlikdən bildirilib ki, müqavilənin dəyəri 10 milyard avro dəyərində qiymətləndirilir. Qeyd olunur ki, Berlin Vaşinqtondan 35 döyüş təyyarəsi, həmçinin raketlər və digər silah və avadanlıqlar almağı planlaşdırır. İlk səkkiz F-35 təyyarəsinin 2026-cı ildə Almaniyaya təhvil verilməsi planlaşdırılır.
Amerika tərəfdən təyyarələrin alınması üzrə sövdələşmə Almaniyanın silahlı qüvvələrinin xüsusi fondundan maliyyə alacağı ilk iri layihələrdən biridir.
Yeganə





