Qəfil döyüş hazırlığı yoxlaması çərçivəsində Ukrayna sərhədinə göndərilən Belarusun 38-ci desant-hücum briqadası Brestə geri qaytarılıb.
Elchi.az xəbər verir ki, bu barədə “Belarus Qayun” monitorinq qrupu məlumat yayıb.
“Brestdəki 38-ci əlahiddə qvardiya desant hücum briqadasının hərbçiləri ordunun döyüş hazırlığının qəfil yoxlanılması çərçivəsində daimi dislokasiya məntəqəsinə qaytarılıblar”, – məlumatda qeyd olunub.





