"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

10 hakimin səlahiyyətlərinə xitam verildi

15 Dekabr 2022 - 17:56
in HADİSƏ
Law and justice concept

Law and justice concept

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlər, mühüm qanunvericilik və institusional tədbirlər qeyd olunub.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Elchi.az xəbər verir ki, məlumatı Məhkəmə Şurası yayıb.

Bildirilib ki, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə keçməsini şərtləndirib.

Fərmanın icrası çərçivəsində məhkəmələrə əlçatanlıq yaxşılaşdırılıb, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi genişləndirilib, məhkəmə icraatında çevikliyin və şəffaflığın təmin edilməsi üzrə qanunvericiliyə mühüm dəyişikliklər edilib. Özəl ekspertiza və mediasiya kimi yeni institutların təsbiti, habelə sistem xarakterli nöqsanların aşkar edilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üzrə əlavə mexanizmlərin yaradılması mühüm əhəmiyyət kəsb edib.

Fərmanın icrası çərçivəsində həmçinin, hakimlərin fəaliyyətinin qiymətləndirilməsinə dair yeni, daha təkmil Qaydalar qəbul edilib. Ötən dövrdə 300-dən çox hakimin fəaliyyəti həmin şəffaf qaydalar əsasında qiymətləndirilib, 30 hakimin işində peşəkar çatışmazlıqlar müəyyən edilib, onlardan 10 nəfərin səlahiyyətlərinə xitam verilib.

Fərmanla ayrılmış əlavə 200 yeni hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi məqsədilə hakimlərin seçilməsi qaydaları təkmilləşdirilərək bu proses davamlı xarakter alıb. 1200-dək hakimliyə namizədlə şəffaf prosedurlarla seçim keçirilib. Bu çoxmərhələli prosesi, o cümlədən Ədliyyə Akademiyasında uzunmüddətli tədris və məhkəmələrdə təcrübəni uğurla başa vurmuş 83 nəfər müxtəlif hakim vəzifələrinə təyin edilib. Hazırda 250-dən çox hakimliyə namizəd seçim prosesinin müxtəlif mərhələsindədir.

40 namizəd isə müsabiqəni uğurla başa vuraraq ixtisaslaşmanın aparılması üçün Hakimlərin Seçki Komitəsi tərəfindən Məhkəmə-Hüquq Şurasına təqdim edilib. Hakimlərin seçimi Qaydalarına uyğun olaraq Şuranın bir neçə gün davam edən iclaslarında həmin namizədlərin hər biri ilə fərdi söhbətlər keçirilib. Onların təyinatı ilə bağlı dövlət başçısına müvafiq təkliflərin verilməsi qərara alınıb.

Bununla yanaşı məhkəmə sistemində həyata keçirilən kadr islahatlarına və hakim korpusunun fəaliyyətinin qiymətləndirilməsi nəticələrinə uyğun olaraq yüksək hazırlığı və peşəkarlığı ilə fərqlənən hakimlər ali və apellyasiya məhkəmələrinə, habelə rəhbər hakim vəzifələrinə irəli çəkilməsi üçün müəyyən edilib. İş yerinin dəyişdirilməsi ilə bağlı bəzi hakimlərin müraciətlərinə, hakim kadrlarından daha səmərəli istifadə edilməsi ilə bağlı məsələlərə baxılıb.

Eyni zamanda Şuranın iclasında qanunvericiliyin tələblərinin pozulmasına, vətəndaşların haqlı narazılığını doğuran nöqsanlara görə apellyasiya məhkəməsinin 3, birinci instansiya məhkəmələrinin isə 6 hakimi intizam məsuliyyətinə cəlb olunub, digər 2 hakim barədə intizam icraatı başlanılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya XİN-ə Bakının bu addımı “aydın deyil”?

Next Post

Şuşa ilə bağlı sayt yaradıldı

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
Şuşa ilə bağlı sayt yaradıldı

Şuşa ilə bağlı sayt yaradıldı

Almaniyada uşaq xəstəxanalarında sıxlıq

Almaniyada uşaq xəstəxanalarında sıxlıq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.