Almaniyada tənəffüs yolu xəstəliklərinin həddindən artıq artması səbəbindən uşaq xəstəxanalarının əksəriyyətinin dolu olduğu bildirilir.
Elchi.az xəbər verir ki, bu barədə Robert Koch İnstitutundan (RKİ) edilən açıqlamada, tənəffüs yolu xəstəliyi olan RSV virusu epidemiyası səbəbiylə xüsusilə uşaq baxım xəstəxanalarında sıxlığın olduğu, əksər xəstəxanaların stasionar xəstələri qəbul edə bilmədiyi, bəzi xəstələrin isə xəstə qəbul edə bilmədiyi bildirilib uzaq məsafədəki digər xəstəxanalara köçürülüb.
Açıqlamada intensivliyin davam edəcəyinin gözlənildiyi qeyd edilib.
Ölkədə soyuq havanın təsirindən təxminən 9,5 milyon insanın xəstələndiyi vurğulanaraq, bir çox klinikalarda əməliyyatların ləğv edildiyi, bəzi dərmanların apteklərdə çətin tapıldığı bildirilib.
COVID-19-dan qorunma tədbirləri çərçivəsində istifadə edilən maska tələbinin götürülməsi tənəffüs yolu xəstəliklərinin artmasının mühüm səbəbi kimi göstərilir.
Şayəstə





