İranın ucqar kəndlərindən birində yaşayan Afşin İsmaeil Qədirzadə Ginnesin Rekordlar Kitabına düşüb. Qədirzadə dünyanın ən qısa ömür sürən yetkin kişisidir.
Elchi.az bu barədə türk mediasına istinadən xəbər verir.
Boyu 65,24 sm olan 20 yaşlı gənc zəifliyindən heç vaxt məktəbə getməyib. Çəkisi 120-200 qram arasında olan mobil telefonları ağır olduğu üçün davamlı olaraq daşıya bilmirdi. Uzun müddət dezavantajlı olan bu xüsusiyyəti ilə məşhurlaşdı. 700 qramla doğulan Afşinin hazırda 6,5 kiloqram çəkisi var.
Afşin Ginnesin Rekordlar Kitabı tərəfindən təsdiqlənmiş dördüncü ən qısaboylu kişidir.

Yeganə






