“Böyük miqyaslı dövlət subsidiyaları Avropada artan enerji böhranının və ABŞ-la davam edən ticarət mübahisəsinin yeganə həll yolu deyil”.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Rəqabət üzrə vitse-prezidenti Marqret Vestager bildirib.
O, Avropa Komissiyasının enerji qiymətlərindəki artımın nəticələrini yumşaldacaq yeni suveren fondun yaradılması ilə bağlı qarşıdakı təklifini açıqlayıb.
“Dövlət yardımı cari problemlərin güclü həllidir, lakin siz subsidiyalar vasitəsilə rəqabətqabiliyyətlilik yarada bilməzsiniz.
Yalnız güclü və yaxşı işləyən vahid bazar sabit uzunmüddətli artımı təmin edə bilər”, deyə Vestager qeyd edib.
Onun fikrincə, vahid Avropa bazarı Avropanın rəqabət qabiliyyətinin ən qiymətli aktividir.
Yeganə




