Polşa polisi Ukraynaya səfəri zamanı aldığı hədiyyənin Varşava polis idarəsində partlaması nəticəsində yaralanıb.
Elchi.az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dünən səhər saat 07:50 radələrində Polşa polisinin Ukraynaya səfəri zamanı aldığı hədiyyə Varşavada polis bölməsində partlayıb.
Partlayış nəticəsində bir mülki işçi də yüngül xəsarət alsa da, açıqlamada hədiyyə paketində tapılanların təfərrüatlarına yer verilməyib.
Açıqlamada mühafizəçinin müşahidə üçün xəstəxanada saxlandığı, mülki işçinin xəstəxanaya aparılmasına ehtiyac olmadığı qeyd edilib.
Şayəstə




