Elchi.az xəbər verir ki, Muğlada terror təşkilatı İŞİD-ə pul göndərməkdə şübhəli bilinən 4 nəfərdən biri həbs edilib.
İl Jandarma Komandanlığı qrupları birbaşa və ya dolayı yolla İŞİD-ə pul göndərənlərin tutulması üçün işlərə başlayıb.
Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi müdirliyinə bağlı qrupların Seydikemer, Dalaman və Ortaca rayonlarında eyni vaxtda həyata keçirdiyi əməliyyatda Suriya əsilli A.A, H.B, M.E.H. ilə H.A.A. saxlanılıb.
Ünvanlarda edilən axtarışda 5 ədəd cib telefonu, bir dizüstü kompüter, 3 min 900 dollar və pul köçürmə məlumatı olan bir notebook ələ keçirildi.
Jandarmdakı əməliyyatlarının ardından ədliyyəyə sövq edilən şübhəlilərdən H.A.A. həbs edilib, digərləri isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Şayəstə





