“Ölkə məsuliyyətsiz hərəkət etməyə və nüvə dövləti olmağa hazırlaşmır”. Musavat.com-un məlumatına görə, bunu Ukrayna prezidenti Petro Poroşenko Ukraynanın
nüvə silahı məsələsinə qayıdıb-qayıtmayacağı ilə bağlı məsələyə aydınlıq gətirərkən söyləyib.
nüvə silahı məsələsinə qayıdıb-qayıtmayacağı ilə bağlı məsələyə aydınlıq gətirərkən söyləyib.“Yox, bu, tamamilə məsuliyyətsiz bir addım olardı. İnanın mənə, müasir dünyada nüvə dövləti olmaq təhlükəsizliyi heç də gücləndirmir. Bu, XX əsrin texnologiyasıdır. Biz işğalçıya yalnız onda qalib gələ bilərik ki, bir olaq. Bütün dünya da məhz bizim indi malik olduğumuzu nümayiş etdirir: Ukrayna ilə həmrəylik” – deyib prezident.



