Milli Müdafiə Nazirliyi NATO-nun beynəlxalq hava məkanında reallaşan NEXUS ACE missiyasının Yunanıstan təyyarələri tərəfindən qarşısını almağa çalışıldığını və lazımi cavab verilərək NATO missiyasının uğurla tamamlandığını açıqlayıb.
Elchi.az nazirliyin bəyanatını təqdim edir:
“Hərbi Hava Qüvvələrimizin döyüş və dəstək təyyarələri ilə NATO-nun sifarişi ilə AWACS təyyarəsi qarşılıqlı təlim məqsədilə Egey dənizinin beynəlxalq hava məkanında NATO ilə əlaqələndirilmiş NEXUS ACE təlim missiyasını yerinə yetirib.
NATO-nun beynəlxalq hava məkanında reallaşan NEXUS ACE missiyasının qarşısı Yunanıstan təyyarələri tərəfindən alınmağa çalışılıb və Hərbi Hava Qüvvələrimizə məxsus təyyarə ilə cavab verilərək NATO missiyası uğurla tamamlanıb”.
Şayəstə




