Almaniya hökuməti ölkədəki rekord şaxtalar səbəbindən qaza qənaət planını həyata keçirə bilmədi. Bu barədə Die Welt yazır.
Elchi.az Die Welt-ə istinadən xəbər verir ki, soyuq hava fonunda almanlar evlərini tez-tez qızdırmağa başlayıblar.
Federal Şəbəkə Agentliyinin məlumatına görə, almanlar bu həftə keçən həftə ilə müqayisədə 14 faiz çox qaz istehlak ediblər.
Qəzet departamentin rəhbəri Klaus Müllerdən sitat gətirib: “Bazar ertəsi qaz anbarında da bütöv bir faiz bəndi itirdik, bu, istisna olmalıdır”.
Nəşr bildirir ki, o, bu yaxınlarda almanlara təcili xəbərdarlıq edib və onları mavi yanacaqdan istifadə ilə bağlı “ehtiyatlı olmağa” çağırıb.
Məqalədə deyilir ki, Almaniyada soyuq mövsümdən sağ çıxmaq üçün kifayət qədər qaz qalıb. Eyni zamanda, jurnalistlər vurğulayıblar ki, Almaniya 2023-cü ildə Rusiyanın enerji resurslarını almaqdan imtina edərsə, o zaman ölkənin sadə sakinləri qışda daha böyük problemlərlə üzləşəcəklər.
Bir qədər əvvəl Kalininqrad vilayətinin başçısı Anton Əlixanov demişdi ki, almanlar Almaniyada qiymətlərin baha olması səbəbindən bölgəyə qışa gəlirlər.
Şayəstə




