Tunisdə növbədənkənar ümumi seçkilər üçün bu gün başlayan səsvermə prosesinin aşağı səviyyədə davam etdiyi açıqlanıb.
Elchi.az xəbər verir ki, Seçkiləri izləyən Tunisdə yerləşən “Müşahidəçilər Şəbəkəsi” və “Seçkiləri Monitorinq və Demokratik Keçidləri Dəstəkləyən Müşahidəçilik” birgə mətbuat konfransı keçirib.
Müşahidəçilər Şəbəkəsinin rəhbəri Səlim Busəid bildirib ki, ölkənin şimal-qərb və mərkəzi bölgələrindəki seçki məntəqələrində qanun pozuntuları aşkar edilib, bəzi məntəqələrdə səslərin alınmasına cəhdlər olub.
Seçki mərkəzlərinin ümumiyyətlə vaxtında açıldığını ifadə edən Busəid, “Bəzi seçki qutuları gecikmə ilə səsvermə üçün açıldı. Tunisdə 151 seçki dairəsində 1100 müşahidəçi iş zamanı heç bir maneəyə məruz qalmadı” dedi. dedi.
Seçkilərin Monitorinqi və Demokratik Keçidlərin Dəstəklənməsi Müşahidə Qrupunun rəhbəri Ola Bin Necme də seçkilərdə fəallığın aşağı olduğunu bildirib.
Ölkə daxilində 1000 müşahidəçinin növbətçi olduğunu bildirən Bin Necme bəzi seçki mərkəzlərinin əlil vətəndaşların səs verməsi üçün uyğun olmadığını qeyd edib.
Şayəstə




