Yunanıstanın paytaxtı Afinada fəhlələr, məmurlar və tələbələr yaşayış xərclərinə diqqət çəkmək üçün etiraz aksiyası keçirib.
Elchi.az xəbər verir ki, Yunanıstan Kommunist Partiyasına (KKE) bağlı həmkarlar ittifaqı təşkilatı Mübarizə İşçiləri Cəbhəsinin (PAME) çağırışı ilə parlament binası qarşısına toplaşan fəallar ölkədəki yaşayış xərclərinə etiraz ediblər.
Parlamentin Baş Assambleyasında 2023-cü ilin büdcə müzakirələri zamanı keçirilən aksiyada maaşların artırılması tələb olunub.
2023-cü il büdcəsinin bu gün axşam saatlarında parlamentə təsdiq üçün təqdim ediləcəyi gözlənilir.
Şayəstə





