Somalinin Mərkəzi Şabel bölgəsində keçirilən əməliyyatda “Əş-Şəbab” terror təşkilatının yüksək liderlərindən olan Yusuf Məhəmməd Cinqab zərərsizləşdirilib.
Elchi.az xəbər verir ki, bu barədə Somali İnformasiya Nazirliyinin bəyanatına görə, dekabrın 15-də yüksək rütbəli əş-Şəbab üzvü Yusuf Məhəmməd Cinqab 87 digər Əl-Şəbab üzvü ilə birlikdə öldürülüb.
Açıqlamada bildirilib ki, Yusuf Məhəmməd Cinqab gəncləri təşkilata qoşulmağa təşviq edən ən təhlükəli yaraqlılardan biridir.
Somali hökuməti Əl-Şəbabı Hiran və Mərkəzi Şabel bölgələrindən çıxarmağa çalışarkən, terror təşkilatı kənd və çöl bölgələrində toplaşaraq hücumlarını davam etdirir.
Hökumət qüvvələrinin quru əməliyyatı hava zərbələri ilə dəstəklənir.
Prezident Həsən Şeyx Mahmud Əl-Şəbab təşkilatı bütün ölkədən təmizlənənə qədər əməliyyatları dayandırmayacaqlarını açıqlayıb.
Şayəstə




