“Ermənistan-Azərbaycan sərhədində baş verənlər bir neçə dövlətin iştirakı ilə regional müharibəyə səbəb ola bilər”.
Elchi.az “News.am”-a istinadən xəbər verir ki, bu fikirləri KTMT-nin baş katibi Stanislav Zass bildirib.
KTMT-nin “Ermənistanı tərk etmək istəməsi” fikrini şərh edən Zass bununla razı olmadığını qeyd edib:
“Dövlət başçıları üç dəfə görüşüb və sərhəddəki vəziyyəti müzakirə ediblər. Sərhədə KTMT missiyası göndərilib. Ermənistana yardımla bağlı qərar layihəsi hazırlanıb. Bütün lazımi addımlar atılıb”.
Yeganə





