Baymedia.az xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, Kiyev rejimi Rusiya tərəfindən İran raketlərinin istifadəsindən ehtiyat edir.
“Rusların çoxlu sayda raketləri yoxdur. Ancaq bir problem var ki, onlar İranla tədarüklə bağlı danışıqlar aparırlar. Və bu, bizim üçün problemdir”, – o, “Ukrainska Pravda” internet nəşrinə müsahibəsində deyib.
Danilovun sözlərinə görə, Rusiya təkbaşına lazımi sayda raket istehsal edə bilməz.
“Onlar öz raketlərinin bir hissəsini istehsal edirlər, lakin …. * ilin əvvəlində olan sayı və istehsal etdikləri şeylər müqayisə olunmaz şeylərdir” dedi.
Daha əvvəl Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rusiyanın Ukraynaya üç-dörd zərbə endirmək üçün raketlərinin qaldığını bildirmişdi.
Şayəstə






