Malayziyanın baş naziri Ənvər İbrahimin hökuməti etimad səsverməsində parlamentarilərin üçdə ikisinin dəstəyini alıb.
Elchi.az xəbər verir ki, Noyabrın 19-da ölkədə keçirilən ümumi seçkilərdən sonra bəzi partiyalarla ittifaq quran Ənvər İbrahimin qurduğu birlik hökuməti etimad səsverməsindən uğurla keçib.
Ənvər İbrahim hökuməti 222 yerlik parlamentdə 148 deputatın dəstəyini qazanaraq, 2008-ci ildən bəri heç bir liderin əldə edə bilmədiyi 2/3 səs çoxluğuna çatıb.
Şayəstə




