"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

2036-cı ilə kimi qazdan əldə edəcəyimiz gəlirlər…

20 Dekabr 2022 - 14:50
in İQTİSADİYYAT

“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi və hasilat həcminin ildə 26 milyard kubmetrə çatdırılması nəticəsində Azərbaycanın 2015-2033-cü illər ərzində ümumilikdə 20,3 milyard ABŞ dolları gəlir əldə edəcəyi gözlənilir.
Elchi.az Report-a istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankı (ADB) layihə ilə bağlı geniş hesabatında bildirib.
Qeyd edilib ki, Azərbaycan hökumətinin “Şahdəniz” yatağının istismarından əlavə gəlirləri 2015-2035-ci illər ərzində 13,3 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırılır:
“Bu gəlirlər Azərbaycana iqtisadiyyatı şaxələndirmək üçün daha çox maliyyə imkanları verir. Layihə həmçinin Avropanın enerji bazarını şaxələndirmək və enerji təhlükəsizliyini gücləndirmək üçün yeni enerji təchizatı mənbəyini təmin edir”.
Avropada təbii qaza olan tələbatdan danışan hesabat müəllifləri xatırladıblar ki, Rusiya “mavi yanacağı”nın qitə ölkələrinə nəqli Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilmiş sanksiyalara görə dayandırılıb. Bu yaxınlara qədər Avropa Rusiyadan hər il 155 milyard kubmetr təbii qaz idxal edirmiş. İndi Avropa İttifaqı (Aİ) alternativ təchizatçılar axtarır.
“Azərbaycan hökuməti 2022-ci ildə Aİ-yə təbii qaz ixracını artırmağa razılaşıb və 2023-cü ilə qədər Avropaya tədarükün 12 milyard kubmetrə çatdıralacağı gözlənilir”, – hesabatda qeyd edilib.
Bankın məlumatlarına görə, “Şahdəniz” yatağında təbii qaz hasilatı 2019-cu ildə 46 % artaraq 16,8 milyard kubmetrə, 2020-ci ildə isə demək olar ki, 8 % artaraq 18,1 milyard kubmetrə çatıb:
“Şahdəniz” yatağında hasilatın artımı 2019-cu ildə ikinci fazanın mərhələli şəkildə işə salınmasını əks etdirir. Dəniz platformaları və sahil terminalı artıq fəaliyyət göstərir. İlk təbii qaz həcmləri 2018-ci ilin iyununda, ikincisi həmin ilin dekabrında, üçüncüsü isə 2021-ci ilin iyununda əldə olunub. Yataqdan təbii qazın Cənubi Avropa bazarlarına ixracına 2020-ci ilin dekabrında Trans-Adriatik Boru Kəmərinin istifadəyə verilməsi ilə başlanılıb”.
ADB-nin proqnozlarına görə, 2042-ci ilə qədər “Şahdəniz” yatağında ümumi təbii qaz hasilatı 489 milyard kubmetrə çatacaq.
Bildirilib ki, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi ilə bağlı planlara körpü vasitəsilə birləşdirilən iki dəniz platformasının tikilməsi, iki yarımdalma qurğusu ilə 26 sualtı quyunun qazılması, 550 metr dərinlikdə 500 kilometr uzunluğu olan sualtı kəmərin tikilməsi, Azərbaycan və Gürcüstanda əlavə ixrac gücü və Səngəçal terminalının genişlənməsi daxil idi. 2020-ci ilin dekabr ayına olan məlumata görə, 26 quyudan 20-si qazılıb. Qalan 6 quyunun qazılması, işlənməsi və istismara verilməsi müddəti 2026-cı ilə qədər müəyyən edilib.
Xatırladaq ki, “Şahdəniz” yatağı 1 trilyon kubmetrdən çox qaz və 2 milyard barel kondensat ehtiyatı ilə dünyanın ən böyük yataqlarından biridir. Onun işlənməsi SOCAR, “Cənub Qaz Dəhlizi” QSC və BP-nin rəhbərlik etdiyi 4 beynəlxalq şirkət arasında dövlət-özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilir.
Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), “LUKoil” (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİCO (10 %), “SGC Upstream” (6,7 %) şirkətləri iştirak edir.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanın FİFA referiləri sırasında qadın hakim…

Next Post

Qüdrət Həsənquliyevdən şok açıqlama: 7-8 milyard…

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Qüdrət Həsənquliyevdən şok açıqlama: 7-8 milyard…

Qüdrət Həsənquliyevdən şok açıqlama: 7-8 milyard...

Bakıda 3 aylıq körpə küçəyə atıldı – Foto

Bakıda 3 aylıq körpə küçəyə atıldı - Foto

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.