"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qubad İbadoğlu Neft Şirkətini qınadı

14 Dekabr 2014 - 09:36
in İQTİSADİYYAT

“ARDNŞ böhrandan borclarını artırmaq yolu ilə çıxmaq kursu götürüb” img1699561

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

İqtisadçı-alim Qubad İbadoğlu özünü Facebookdakı səhifəsində Azərbaycanın iqtisadi gələcəyinə dair bir status paylaşıb. Musavat.com onu ictimai rəyə təqdim etməyi mühüm sayataq, xəbərə çevirir. Beləliklə, iqtisadçı-alim olduqca vacib bir hadisəni aşağıdakı kimi şərh edir:  
 
“ Bu gün “Qazprombank” ASC tərəfindən ARDNŞ-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 420 mln. dollar kredit ayrılması haqqında qərar qəbul olunub. 10 il müddətinə və zəmanət tələb edilmədən verilən bu kredit Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən SOCAR POLYMER layihəsi üçün istifadə olunacaq. Dünya bazarındakı neftin qiymətlərinin ucuzlaşmasından dolayı gəlirləri azalacağına şübhə olmayan dövlət şirkətinin krediti hansı faiz dərəcəsi və ödəmə şərtləri ilə almasının da açıqlanması maraqlı olardı. Eyni zamanda, nədən Qazprombankın donor olaraq seçilməsi də sual doğurur. Həm ölkə daxilində və həm də xaricdə külli miqdarda investisiya öhdəliklərinə malik olan dövlət şirkətinin maliyyə vəziyyətinin sabitləşdirilməsində bu kreditin əhəmiyyətli rol oynayacağına ümidlərim elə də böyük deyildir. 2013-cü ildə ümumi mənfəəti 3 milyard 720 milyon manat olan şirkətin bu ilin sonuna hətta eyni göstərici ilə çıxa biləcəyi belə şübhəlidir. Nəzərə alsaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ARDNŞ-yə 2009-cu ildə 750 milyon manat məbləğində kredit ayırıb. İllik 3 faizlə, 2 il güzəştli dövr olmaqla 7 il müddətinə verilən bu kreditə görə ARDNŞ hazırda faizlərlə yanaşı, əsas hissə – illik 150 milyon manat üzrə ödəmələr etməlidir. Bu günkü saziş göstərdi ki, yalnız investisiyaya görə deyil, həm də cəlb edilmiş borc vəsaitlərinə görə öhdəlikləri ildən-ilə artan şirkət neftin ucuzlaşan qiymətindən qaynaqlanan böhrandan borclarını artırmaq yolu ilə çıxmaq kursu götürüb.
Bir məqamı da qeyd edim ki, hazırda Rusiyadakı mövcud iqtisadi vəziyyət Qazprombank kimi maliyyə-bank institutlarına vəsaitlərini idarəetmə və yerləşdirmə sahəsində risklər yaradır. Ona görə də onlar riski az olan SOCAR kimi arxasında dövlət duran şirkətlərə həvəslə kredit ayırır”.(Musavat.com)
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gürcüstan da Rusiyaya qarşı…

Next Post

Hakan Şükür dini lideri istefa verməyə çağırdı

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Hakan Şükür dini lideri istefa verməyə çağırdı

Voleybolçumuz ana oldu- Fotolar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.