"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şuşada BƏYANAT qəbul edildi

21 Dekabr 2022 - 21:26
in ÖNƏMLİ

“Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı/Şuşa Forumu”nun iştirakçıları birgə bəyanat qəbul edib.

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Elchi.az -ın Report-a istinadən xəbərinə görə, bəyanatda deyilir:

“Biz – 20-21 dekabr, 2022-ci il tarixində Bakı və Şuşa şəhərlərində keçirilmiş “Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı/Şuşa Forumu”nun iştirakçıları “Şuşa ili”ndə dünya ictimaiyyətini Azərbaycanın mədəniyyət paytaxtında salamlamaqdan qürur duyuruq!

Forumda iştirak edən dövlətlər öz diasporlarının sıx birləşməsinə hər zaman töhfə veriblər. Türk Dövlətləri Təşkilatı çərçivəsində qəbul edilmiş Türk Diasporunun Birgə Fəaliyyət Strategiyasına uyğun olaraq keçirilən ikitərəfli, o cümlədən çoxtərəfli görüşlər, müxtəlif proqram və forumlar əlaqələrimizin daha da genişlənməsinə xidmət edib. Bu illər ərzində ümumi maraqların qorunması məqsədilə diaspor sahəsində imkanlar birləşdirilib, ümumi maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə birlik və həmrəylik nümayiş etdirilib.

Xüsusilə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin diasporlarının yaxınlaşması və əməkdaşlığı istiqamətində bir sıra mühüm addımlar atılıb: bütün türk diasporları üçün birgə fəaliyyət strategiyasının müəyyənləşdirilməsi ilə yanaşı, əksər üzv dövlətlərin diaspor işlərinə cavabdeh qurumları arasında memorandumlar imzalanıb, qurum rəhbərlərinin qarşılıqlı səfərləri və görüşləri keçirilib, Bakıda və Bursada üzv dövlətlərin diaspor qurumları arasında təcrübə mübadiləsi proqramları, Berlin və Nyu-Yorkda türk diasporları üçün potensialın gücləndirilməsi proqramları həyata keçirilib.

Dünyanın müxtəlif ölkələrindən diaspor təşkilatları, iş adamları, elm adamları və digərlərinin də iştirakı ilə Bakıda və Bursada Türk Diaspor Forumları keçirilib və illik birgə fəaliyyət planları ilə türk diasporlarına istiqamət vermək təcrübəsinin əsası qoyulub.

Bu zəmində 44 günlük müharibə zamanı türk dünyası tərəfindən göstərilən informasiya dəstəyi Azərbaycan həqiqətlərinin dünyada təbliği, Azərbaycana qarşı yönəlmiş təxribatların qarşısının alınmasında böyük rol oynayıb.

Azərbaycanın 44 günlük müharibə Zəfərindən sonra 2021-ci ilin iyun ayında Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi türk diasporlarının Birgə Fəaliyyət Strategiyası üçün yeni üfüqlər açıb.

Diasporlarımızın gələcək fəaliyyəti ilə bağlı mühüm əhəmiyyət kəsb edən proqram xarakterli sənəddə Türk Dövlətləri Təşkilatına üzv olan digər dövlətlərin də vahid diaspor hərəkatına qoşulması, əməkdaşlığın, həmrəyliyin inkişaf etdirilməsi ciddi vəzifələrdən biri kimi ortaya qoyulub. Türk dövlətlərinin ortaq diaspor siyasətinin inkişafı ilə bağlı həssaslığı Türk Dövlətləri Təşkilatının müvafiq olaraq 2021 və 2022-ci illərdə İstanbul və Səmərqənd Zirvə Görüşlərində qəbul edilmiş “Türk Dünyasına Baxış-2040” və “Strategiya 2022-2026” sənədlərində də öz əksini tapıb.

Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün Səmərqənd Bəyannaməsi və burada qəbul edilmiş digər sənədlər qarşıya qoyulan mühüm məqsədlərə nail olmaq, xüsusilə dünyada yaşayan türklərin milli hüquqlarının müdafiəsi istiqamətində vahid diaspor hərəkatı çərçivəsində fəaliyyətimizi daha da sıx birləşdirmək üçün əlverişli şərait yaradır.

Türk dövlətləri rəhbərlərinin də vurğuladığı kimi, Zirvə Görüşü bütün türk dünyasını narahat edən problemlərin həlli yollarının müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, yaşadıqları ölkədən asılı olmayaraq, Türk Dünyası ölkələrində yaşayan gənclərin məktəblərdə ana dilində təhsil almalarının zəruriliyi ilə ifadə olunan problemi Türk Dövlətləri Təşkilatının daim gündəmində olmalıdır. Təəssüf ki, bir çox türkdilli dövlətlərin hüdudlarından kənarda yaşayan türkdilli xalqlar bu imkanlardan məhrum ediliblər.

Bəyan edirik ki, 200 milyonluq Türk Dünyası geniş bir coğrafiyanı əhatə edən böyük bir ailədir. Biz bu ailənin üzvləri olaraq türk dünyasının birliyi məqsədinə sadiq qalacaq, milli maraqlarımız naminə bir-birimizə dəstək olmağa, həmrəyliyimizi gücləndirməyə və əməkdaşlığımızı genişləndirməyə davam edəcəyik!”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zelenskinin yolunu gözləyən Baydendən maraqlı paylaşım

Next Post

Atalara ŞAD XƏBƏR: bundan sonra ödənişli… – VİDEO

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post
Atalara ŞAD XƏBƏR: bundan sonra ödənişli… – VİDEO

Atalara ŞAD XƏBƏR: bundan sonra ödənişli... - VİDEO

ABŞ Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri verəcək

ABŞ Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri verəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.