"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Putindən yeni müharibə anonsu

24 İyul 2014 - 09:34
in SİYASƏT MANŞET

Kreml başçısının “Rusiyanın ərazi bütövlüyünə təhlükə yoxdur” mesajının Qarabağ məsələsinəput hansı aidiyyəti var? Münaqişənin hərbi həll yolu yoxdur, sülh yolu isə dalana girib; tərəflərin bir-birinə yox, məhz Minsk Qrupuna etimad problemi yaşanır…

Bunu da oxuyun

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

Azərbaycanlıların Kəlbəcərdə girov götürülməsi və bunun üzərində erməni tərəfinin siyasi şou düzəltmək niyyəti ATƏT-in ABŞ və Avropadan olan həmsədrlərini də ciddi şəkildə təlaşlandırıb. Təbiidir, çünki insident vasitəçilərin tərəflər arasında kövrək etimad atmosferi yaradıb prosesi irəli aparmaq təşəbbüslərinə növbəti zərbədir. Üstəlik, yaranmış gərgin şəraitdə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti təmasından danışmağa dəymir.
Təsadüfi deyil ki, məsələyə münasibət bildirən amerikalı həmsədri Uorlik APA-ya açıqlamasında Azərbaycan-Ermənistan sərhədində, ümumən təmas xəttində insan ölümlərindən narahatlıq keçirdiyini dilə gətirərək deyib: “Yaralanma və ölüm hallarına gətirib çıxaran insidentlərin artması sülh axtarışları istiqamətindəki səylərimizdə reqressdir. ABŞ və Minsk Qrupunun həmsədrləri tərəflərə münaqişənin sülh yolu ilə həlli üçün kömək etmək istəyirlər. Bu münaqişənin müharibə yolu ilə həlli yoxdur. Faktiki olaraq həmsədrlər gələcək addımları müzakirə etmək üçün Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmək istəyirlər”.
Bundan əlavə, diplomat ümid etdiyini bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri Fransa prezidenti Fransua Ollandın Parisdə görüşmək barədə təklifini qəbul edəcəklər. “Ötən ilin noyabrında prezidentlər Vyanada görüşəndə, tərəqqinin mümkünlüyünün şahidi olduq. İnanırıq ki, bu müzakirələrin davamı sülhə doğru vacib bir addım olacaq. Həmsədrlər və ABŞ istənilən köməyi göstərməyə hazırdır”, – deyə Uorlik əlavə edib.
Bu arada Ceyms Uorlikin Vyanaya yollandığı da məlun olub. Diplomatın tvitter səhifəsində yerləşdirilən qeydlərə görə, səfərdə məqsəd Minsk Qrupunun ofisini və ATƏT baş katibliyini Qarabağ danışıqlarının gedişatı barədə bilgiləndirməkdir. “Bu gün (dünən-red.) ATƏT-in Minsk qrupu bəyanat verəcək. Bəyanatda zorakılığın artmasından narahatlıq ifadə olunacaq”, – deyə o vurğulayıb.
Xatırladaq ki, dünən Brüsseldə Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşləri keçirilib. Lakin çətin ki, bu cür insidentlər münaqişə tərəfləri arasında etimada işləsin. Əksinə, amerikalı həmsədrin də vurğuladığı kimi, analoji hadisələr sülh axtarışı yönündə səyləri yalnız geri döndərir. Yaranmış vəziyyət isə ən çox Rusiyanın xeyrinədir, çünki Azərbaycanla Ermənistan arasında nə qədər çox ziddiyyət olsa, bir o qədər o, Kremlin maraqlarına cavab verir.
Problem həm də ondadır ki, neçə vaxtdır ABŞ və Fransa həmsədrlərinin təşviq elədiyi “xalq diplomatiyası” da daha kara gəlmir. O üzdən son vaxtlar Qarabağ zonasında müharibə risklərinin artmasından tez-tez danışılır. Qərbdə narahatlıq var ki, Ukrayna olaylarına görə uğursuz situasiyaya tuş gələn Rusiya öz acığını məhz Güney Qafqazdan çıxa bilər – Qarabağ cəbhəsində yeni müharibəni alovlandırmaqla.
Kremlin yeni Qarabağ savaşında maraqlı olmasını hazırda başqa nüanslardan da görmək olar. Məsələn, Ukraynadan sonra Güney Qafqazın artan əhəmiyyətini ciddiyə alan rəsmi Moskvanın son aylar ərzində regionla həmsərhəd zonaya əlavə olaraq xeyli ağır hərbi texnika və canlı qüvvə topladığı haqda məlumatlar var.
Əlbəttə ki, bu hərəkətlilik heç də Rusiyanın özünə qarşı hansısa xarici təhlükə olmasından qaynaqlanmır. Hər halda, Rusiya Təhlükəsizlik Şurasının srağagün keçirilən iclasından danışan Putin bəyan edib ki, Rusiyanın ərazi bütövlüyü və suverenliyinə real təhlükə yoxdur.
Doğrudur, Ukraynadakı olaylar fonunda Təhlükəsizlik Şurasında bu mövzuda müzakirələrin aparılmasının özü də maraqlı hadisədir və siyasi təhlilçilər tərəfindən birmənalı qarşılanmayıb. Lakin bir şey dəqiqdir ki, heç kim, o cümlədən NATO Rusiyaya hücum eləməyə hazırlaşmır. Təhlükə zaman-zaman məhz Rusiyanın özündən gözlənilib. Necə ki, hazırda şimal qonşumuz Ukraynaya əzələ nümayiş etdirməkdədir və bu ölkə ilə sərhədə 40 minlik hərbi kontingent yığıb.
Deməli, Kremlin Azərbaycanın şimal sərhədinə topladığı, qeyri-adekvat sayda hərbi qüvvə də qətiyyən Rusiyanın təhlükəsizliyi ilə bağlı deyil, ən azından region dövlətlərini, ilk növbədə də Azərbaycanı təhdid eləmək, qorxu-hürkü altında saxlamağa hesablanıb.
Belə vəziyyətdə şübhəsiz ki, vasitəçilik institutunun –  Minsk Qrupunun önəmi artmış kimi görünür. Minsk Qrupu isə ara-sıra nazirlərin, ən yaxşı halda prezidentlərin görüşünü təşkil eləməklə içini bitmiş hesab edir. Son vaxtlar bu da əlçatmaz olub. Odur ki, Kremlin Qarabağ kartından öz istədiyi kimi yararlanmaq imkanları artıb ki, azalmayıb. Minsk Qrupunun faktiki dağılması indi ən çox Moskvanın çıxarlarına uyğundur.
Vasitəçiliyin böhran keçirməsi isə ilk öncə Azərbaycana – ərazisinin 20 faizi işğal altında olan tərəfə sərfəli ola bilməz. Çünki torpaqların sülh yolu ilə boşaldılması prosesi dalana giribsə, hərbi yolla işğala son qoyulmasına da imkan verilmir…
“ATƏT-in Minsk Qrupu Azərbaycana deyil, Ermənistana etimadı öyrətməlidir”. Bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam rayonunun Ermənistanın hərbi təcavüzü nəticəsində işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.
“Minsk Qrupu ölkələri son vaxtlar etimad sözünü ortaya atıblar. Ancaq bilsinlər ki, bizə o etimadı öyrətmək lazım deyil. Azərbaycan xalqı tarixən həmişə qonşularla etimad şəraitində yaşayıb. Qoy, gedib o etimadı ermənilərə öyrətsinlər, o şərti ermənilərin qarşısında qoysunlar”, – deyə Ə. Həsənov vurğulayıb. Minsk Qrupunun öz mahiyyətini itirdiyini deyən Həsənov Azərbaycan xalqının bu quruma inanmadığını da qeyd edib.
Şübhə yox ki, belədir. İndi tərəflərin bir-birinə yox, məhz Minsk Qrupuna etimad problemi var.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vəfa Quluzadə Amerikanın İsraili müdafiə etməsindən danışdı

Next Post

Beynəlxalq Qızıl Xaç Komitəsi girovlarla bağlı hərəkətə keçdi

Bənzər yazılar

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

24 Aprel 2024 - 20:34

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir....

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

19 Fevral 2024 - 18:58

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

09 Dekabr 2023 - 23:50

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir...

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti  açıqladı

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti açıqladı

21 Noyabr 2023 - 13:39

Macarıstanın Baş naziri Viktor Orban plebisit elan edib. Onun gündəliyi Avropa Birliyinin Macarıstana ayırdığı maliyyənin dondurulması müqabilində Budapeştin Avropa İttifaqının...

Next Post

Beynəlxalq Qızıl Xaç Komitəsi girovlarla bağlı hərəkətə keçdi

Qərbin Rusiyanı 8 yerə bölmək planı işə düşüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.