ABŞ-ın Texas ştatında yanan yük maşınından 1 milyon dollar çıxıb.
Axar.az xəbər verir ki, yanğından xilas olmaq üçün maşından enən sürücünü qarşıdan gələn digər avtomobil vurub.
Hadisə yerinə gələn polis yük maşının arxa yerində gizlədilmiş 1 milyon dolar tapıblar. Pulların əksər hissəsi isə tamamilə külə dönüb.
Polis həmin pulların Meksika narkotika kartellərindən birinə məxsus ola biləcəyini də istisna etməyib.



