"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

XİN: “Ermənistanı Azərbaycana və onun əhalisinə qarşı təxribatlarını dayandırmağa çağırırıq”

22 Dekabr 2022 - 20:59
in SİYASƏT

“Azərbaycan Ermənistanı Azərbaycana və onun əhalisinə qarşı təxribatlarını dayandırmağa çağırır”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müvəqqəti tədbirlər haqqında qərarına dair şərhində bildirilir.

Qeyd edək ki, dekabrın 21-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Laçın yolu ilə bağlı “Ermənistan Azərbaycana qarşı” (№ 4) işində müvəqqəti tədbirlər haqqında qərar qəbul edib.

Azərbaycan XİN bəyan edib ki, “AİHM-in qərarı Üçtərəfli Bəyanata uyğun olaraq, xüsusilə “Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyi” ilə bağlı Azərbaycan tərəfindən verilən zəmanətləri təsdiq edir.

“AİHM-in qərarı həmçinin Rusiya sülhməramlı kontingenti tərəfindən yol boyu nəqliyyatın tənzimlənməsi üzrə öhdəliklərin yerinə yetirilməsi, o cümlədən humanitar və tibbi yardımların keçməsinə şərait yaradılması səbəbindən “Azərbaycan hökumətinin Laçın dəhlizindəki vəziyyətə nə dərəcədə nəzarət etdiyinin mübahisəli olduğunu və aydın olmadığını” qeyd edir”.

Dəfələrlə müxtəlif kütləvi informasiya vasitələrində Beynəlxalq Qızıl Xaç Komitəsinin və erməni təcili yardım maşınlarının Laçın yolu ilə sərbəst və təhlükəsiz keçdiyinə dair video sübutlar yayımlanıb. Beləliklə, müvəqqəti tədbirlər haqqında qərarda göstərildiyi kimi, Ermənistanda tibbi müalicəyə ehtiyacı olan ağır xəstələrin təhlükəsiz keçidi təmin edilib.

Azərbaycan hökuməti, Azərbaycan ərazilərində hərəkət azadlığı ilə yanaşı, Ermənistan tərəfindən Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı, habelə onların Laçın yolu vasitəsilə daşınmasına etiraz etmək məqsədilə Laçın yolunda toplaşmış dinc etirazçıların hüquqlarına da zəmanət verir.

Azərbaycan həmçinin, məcburi köçkün ailələrinin və icmalarının evlərinə qayıtmasının qarşısını almaq üçün qəsdən Laçındakı mülki əhalinin evlərində yerləşdirilmiş, 2021-ci ildə Ermənistanda istehsal olunan minaların Azərbaycana daşınması üçün Ermənistan tərəfindən Laçın yolundan istifadə edilməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. Ermənilər tərəfindən qəsdən basdırılmış minalar Azərbaycanda mina qurbanlarının sayının artmasına səbəb olur. Nəticədə Vətən müharibəsinin başa çatmasından bu günədək 276 vətəndaşımız mina qurbanı olub, onlardan 3 nəfər jurnalist daxil 46 nəfər həlak olub. Həlak olan 46 nəfərdən 35-i mülki şəxsdir.

Kobud insan hüquqları və beynəlxalq hüquq normalarının pozulmasına dair sübutlar Beynəlxalq Ədalət Məhkəməsi, Avropa Şurası və BMT Baş katibi də daxil olmaqla müxtəlif beynəlxalq qurumlara təqdim edilib.

Azərbaycan beynəlxalq hüquq öhdəliklərinə əməl etməyə davam edəcək”, – şərhdə vurğulanır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin “Şimal axını”na hücumlara görə məsuliyyət daşıyanların adlarını açıqlayıb

Next Post

“Polşa və İtaliya Avropa bürokratiyasının diktəsindən bezib”- Moravetski

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
“Polşa və İtaliya Avropa bürokratiyasının diktəsindən bezib”- Moravetski

"Polşa və İtaliya Avropa bürokratiyasının diktəsindən bezib"- Moravetski

Çavuşoğlu Blinkenlə Suriya məsələsini müzakirə etdi

Çavuşoğlu Blinkenlə Suriya məsələsini müzakirə etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.