Ukraynada enerji sistemində əhəmiyyətli defisit, eləcə də enerji təchizatında məhdudiyyətlərin davam etməsi müşahidə olunur.
Elchi.az xəbər verir ki, belə bir bəyanatla cümə günü, dekabrın 23-də milli enerji şirkəti Ukrenergo çıxış edib.
“Dekabrın 23-də səhər enerji sistemində qeyri-kafi tutum bir qədər azaldı, lakin əhəmiyyətli olaraq qalır”, – şirkətin Telegram kanalında verdiyi açıqlamada deyilir.
Aydınlaşdırılır ki, məhdudiyyətlər və enerji çatışmazlığı əsas şəbəkələrin zədələnməsi ilə bağlıdır, lakin Ukraynada enerji istehsalının bütün növləri işləməkdə davam edir. Qeyd olunur ki, ölkənin şərqində elektrik şəbəkəsinə ziyan dəyib və hərbçilərdən icazə alındıqdan sonra obyektdə qəza işlərinə başlanılacaq.
Xatırladaq ki, elektrik enerjisinin fövqəladə kəsilməsi əvvəllər Ukraynanın bir çox regionlarında istifadə olunub və ötən şənbə, dekabrın 17-də “Ukrenerqo” Ukraynanın enerji sistemində pis hava şəraiti ilə çətinləşən əhəmiyyətli çatışmazlıq barədə məlumat verib.
Şayəstə




