Belarus prezidenti Aleksandr Lukaşenko şənbə günü, dekabrın 24-də Rusiyaya işgüzar səfərə gedib və burada Yuri Qaqarin adına Kosmonavtların Hazırlıq Mərkəzinə baş çəkəcək. Bu barədə BELTA agentliyi məlumat yayıb.
Elchi.az xəbər verir ki, “Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb”, – agentliyin şənbə günü, dekabrın 24-də dərc etdiyi məlumatda deyilir.
Bildirilir ki, Belarus lideri mərkəzin işi ilə tanış olacaq, həmçinin kosmonavtların seçilməsi və hazırlanması sisteminə baxacaq. Bundan əlavə, respublika rəhbəri Rusiya ilə kosmik sahədə ikitərəfli əməkdaşlığın gələcək perspektivlərini müzakirə etmək niyyətindədir.
Xatırladaq ki, bu həftə, noyabrın 19-da Belarus lideri Minskdə Rusiya prezidenti Vladimir Putnla görüşüb. KP.RU saytının yazdığı kimi, siyasətçilər sanksiyalarla effektiv mübarizə, yeni hərbi texnikanın yaradılması üzərində işləmək və birgə təlimlərin praktikasını davam etdirmək də daxil olmaqla, bir sıra mühüm mövzuları müzakirə ediblər.
Şayəstə




