Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində işi çətinləşdirir. Elchi.az xəbər verir ki, bunu TASS-a Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Şübhəsiz ki, hazırda Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi kimi hadisələr danışıqların, o cümlədən sülh müqaviləsi ilə bağlı fonu çətinləşdirməyə bilməz. Rusiya tərəfi vəziyyəti “yerində” həll etmək üçün intensiv səylər göstərir. Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə birgə işlərin tezliklə bərpa olunmasını səbirsizliklə gözləyirik”.
Onun sözlərinə görə, bu halda sənədin razılaşdırılması vaxtı o qədər də vacib deyil. Əsas odur ki, Bakı və İrəvan regionda sabit və ədalətli sülhə təminat verəcək qarşılıqlı məqbul həllə nail ola bilsinlər deyə rusiyalı diplomat qeyd edib.
Onun sözlərinə görə, Rusiya tərəfi oktyabrın 31-də Soçi sammitindən sonra Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatına uyğun olaraq danışıqlar prosesinə yardım etməyə hazırdır.
Yeganə





