ABŞ-da Demokratlar və Respublikaçılar arasında immiqrasiya rəqabəti davam edir. Respublikaçı Texas qubernatoru bir avtobus dolusu immiqrantı vitse-prezident Kamala Harrisin iqamətgahı qarşısında endirmişdi. Mühacirlər yay paltarlarında dondurucu soyuqda qalıblar.
Elchi.az xəbər verir ki, Texas qubernatoru Vaşinqtona 3 avtobus dolu immiqrant göndərib.
İncə, yay paltarında cənubdan avtobusa mindirilən mühacirlər Vaşinqtonun soyuğunda küçəyə atılıb.
Avtobuslardan biri immiqrantlar vitse-prezident Harisin iqamətgahına yaxınlaşarkən onları düşürüb.
Son 40 ilin ən sərt qışını keçirən ABŞ-da soyuq hava səbəbindən onlarla insan həyatını itirib.
Az qala ölümə buraxılan mühacirlərin köməyinə qeyri-hökumət təşkilatı gəlib.
Miqrantlar donmadan sığınacaqlara aparılıb.
İmmiqrasiya məsələsi Amerika siyasətində ən mübahisəli məsələlərdən biridir.
Aprel ayından etibarən Arizona və Texas kimi ştatlarda Respublikaçı hökumətlər immiqrantları Vaşinqton və Nyu York kimi Demokratların idarə etdiyi ştatlara avtobusla göndərir.
Bu yolla on minlərlə immiqrantın “demokratik” dövlətlərə göndərildiyi təxmin edilir.
Şayəstə






