"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ekspertdən yanacağın qiymətilə bağlı şok açıqlamalar

15 Dekabr 2014 - 08:17
in İQTİSADİYYAT

Ekspertə görə, hökumət neftin qiymətinin aşağı düşməsinin zərərini benzinin qiymətini aşağı salmamaqla kompensasiya etmək istəyir…img1696428

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Dünya bazarında neftin qiyməti aşağı düşməkdə davam edir. Azərbaycan nefti də dünyada gedən bu proseslə əlaqədar xeyli ucuzlaşaraq bir barel üçün 60 dollardan aşağı düşüb.

Neftin qiymətinin dünya bazarında aşağı düşməsi artıq bir aya yaxındır bir çox ölkələrdə benzinin ucuzlaşmasına səbəb olub. Məsələn, artıq qonşu ölkə Gürcüstan və Türkiyədə benzinin ucuzlaşması xeyli vaxtdır müşahidə edilir. Yanacağın qiymətinin aşağı düşməsi öz növbəsində bir sıra sahələrə təsir göstərməyə başlayıb. Bu isə həmin sektorda iqtisadi fəallığı artırıb.

Maraqlıdır ki, Azərbaycanda bu, hiss olunmur. Ötən ilin noyabrında neftin dünya bazarında bahalaşmasını əsas göstərib benzinin qiymətini qaldırdılar. Neft dünya bazarında yüz dollar civarında olanda bu addım atılmışdı. İndi Azərbaycan neftinin qiyməti 59 dollara qədər aşağı düşsə də, hökumət benzinin qiymətini endirməyə tələsmir.

Ekspertlər bunu bir neçə amillə izah edirlər. “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, bizdə müstəqillik bərqərar olduqdan sonra sözügedən sahə dövlət tərəfindən tənzimlənir. Ona görə də burada bazar elementləri rol oynamır. 1996-cı ildən 600-ə yaxın yanacaqdoldurma məntəqələrinin özəlləşdirildiyini deyən ekspert bildirdi ki, buna baxmayaraq hətta ölkəyə gətirilən yüksək oktanlı benzin belə, bu ilin aprel ayından Tarif Şurasının tənzimlənməsindən kənarda qalsa da, gün ərzində qiymətlərin qalxıb-enməsini görmürük: “Qiymətlər bütün regionlarda eynidir. Azərbaycanda bu sahə özəl olmasına baxmayaraq, qiymət formalaşması məsələsi hələ də dövlətin monopoliyası altındadır. Bir sözlə, hazırda faktiki olaraq hamısı eyni mərkəzdən idarə olunur”.

Şübhəsiz ki, benzinin qiyməti ilə neftin qiyməti arasında birbaşa əlaqə var: “Həmçinin nəzərə alınmalıdır ki, neftin qiyməti ucuzlaşdıqdan sonra benzinin istehsal xərcləri də azalır. Bu səbəbdən benzinin satış qiyməti də təbii olaraq ucuzlaşmalıdır. Azərbaycanda ucuzlaşmanın baş verməməsi bu sahənin birbaşa hökumətin nəzarətində olduğunun nəticəsidir. Benzinin qiyməti dövlət tərəfindən tənzimləndiyi üçün hər hansı ucuzlaşma müşahidə edilmir. Hökumət sanki dünya bazarında neftin qiymətinin aşağı düşməsinin zərərini daxildə benzinin qiymətini aşağı endirməməklə kompensasiya etmək istəyir. İndiki vəziyyətdə hökumətin qiyməti endirməsi ehtimalı azdır. Çünki gələn ilin dövlət büdcəsində neftin qiyməti 90 dollardan götürülüb. Azərbaycan hökuməti üçün gələn il büdcənin icrası problemi var. Belə olan halda, daxili bazarda benzindən gələn gəlirlərin də azalmasına getməyəcək. Ən azı gələn ilin sonuna kimi sabit saxlayacaq. Büdcədə yaranan gərginliyi sığorta edən mənbələrdən biri də budur”.

Bəzi ekspertlər isə Azərbaycanda istehsal olunan benzin tariflərinin neftin dünya bazarındakı qiyməti ilə heç bir əlaqəsinin olmadığını hesablamalar apararaq ortaya qoyublar. Dəfələrlə ekspertlər hesablamalar apararaq benzinin maya dəyərinin neçəyə başa gəlməsi haqqında məqalələr yazılıb. Bu zaman məlum olur ki, Dövlət Neft Şirkəti üçün 1 litr benzinin maya dəyəri ən çoxu 25 qəpiyə başa gəlir. Belə çıxır ki, yanacağın pərakəndə satışı maya dəyərindən 3 dəfə baha satılır.

E.SEYİDAĞA

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mirşahinin “Qarabağ” sujeti qadağan edildi

Next Post

Yeni dünya gözəli – Fotolar

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Yeni dünya gözəli - Fotolar

ABŞ-dan Türkiyədəki həbslərlə bağlı açıqlama

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.