"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kəlbəcərli girovların taleyinə aydınlıq gələ bilər

15 Dekabr 2014 - 08:56
in GÜNDƏM

Rəsmi Bakı qondarma məhkəmənin “qərarı” ərəfəsində erməni ailəsini təhvil verməklə onların geri qaytarılması üçün uğurlu taktiki gediş edib; Xankəndi və İrəvanimg1700451 indi həm də Lavrovun çağırışını ciddiyə almalı olacaq…

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Ötən həftəsonu Azərbaycan tərəfi 2010-cu ildə ölkəmizə keçən və o vaxtdan Bakıda yaşayan bir erməni ailəsini humanizm prinsiplərini rəhbər tutaraq Ermənistana təhvil verdi. Rəsmi məlumata görə, ailəni üçüncü heç bir dövlət qəbul etmədiyindən belə bir qərar qəbul olunub.

Ancaq qərarın məhz indi – Xankəndində kəlbəcərli soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində Xankəndində qondarma məhkəmə prosesinin yekunlaşmaq ərəfəsində verilməsi kifayət qədər ölçülü-biçili və məqamın əlverişliliyi baxımından uğurlu sayıla bilər. Çünki artıq, necə deyərlər, top Ermənistanın meydanındadır və xoş məram göstərmək növbəsi ondadır.
Xoş məram isə ən əvvəl kəlbəcərli mülki girovlarımıza münasibətdə göstərilməlidir. İndi bunu həm də Rusiyanın məsələyə birmənalı yanaşması diktə edir. Yada salaq ki, ATƏT xarici işlər nazirlərinin ayın əvvəlində Bazel şəhərində keçirilən toplantısı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov konkret olaraq Dilqəm Əsgərov və Şahbaz Quliyevi nəzərdə tutaraq, “girovların ya tezliklə geri qaytarılması, ya da mübadilə edilməsinin vacibliyini” söyləmişdi.
Bununla da o, bir yandan, Xankəndindəki “məhkəmə” prosesinin ölkəsi adından bir fiksiya olduğunu etiraf edərək şübhə altına almış və erməniləri pis vəziyyətdə qoymuş, digər yandan da girovların təhlükəsizliyinə görə məhz işğalçı tərəfin məsuliyyətini birə-beş artırmışdı.
Demək, Bakının və Kremlin məlum son jestlərindən sonra da ermənilər “məhkəməni” davam etdirib soydaşlarımıza ən ağır cəza kəssələr, bu, ilk növbədə öz əsas müttəfiqləri Rusiyanın üzünə ağ olmaq, Lavrovun sözünü yerə salmaq anlamına gələcək. Eyni zamanda Azərbaycan tərəfinin xoşməramlı jestinə bu cür neqativ cavabla ermənilər digər iki vasitəçi dövlətin də qınağına tuş gəlmiş olacaq, situasiyanın daha da gərginləşməsinə görə məsuliyyət daşıyacaqlar.
Bəs, düşmən tərəf hansı qərarı qəbul edəcək? Yəqin ki, bunu dekabrın 19-da girovlarla bağlı çıxarılacaq “hökm”dən biləcəyik. Buradaca onu vurğulayaq ki, ümumiyyətlə, mülki girovlar ətrafında formalaşan situasiya düşmən tərəf üçün bir neçə yeni neqativ faktora görə daha da mürəkkəbləşmiş kimidir və onun ənənəvi manevr imkanlarını daraldır. Məsələ ondadır ki, erməni ailəsinin öz ölkəsinə təhvil verilməsi Azərbaycan-Rusiya münasibətlərinin həssas dönəminə təsadüf edir. Bunu yenə də nazir Sergey Lavrovun son açıqlamasından aydın görmək olar.
“Azərbaycan hökuməti Qərb ölkələrinin bizə qarşı tətbiq etdiyi sanksiyalara qoşulmamaqla hər iki ölkənin strateji tərəfdaş olduğunu əməldə də isbat etdi”. Nazir bunu Moskvada Aleksandr Qorçakov adına Diplomatiya Fondunun təşkil etdiyi “Gələcək naminə dialoq” proqramının iştirakçıları ilə görüşündə bildirib.
“Azərbaycan bizim üçün regionun ən önəmli ölkəsidir. Ölkənin çox qısa zaman ərzində Cənubi Qafqazın iqtisadi mərkəzinə çevrilməsi də bunun bariz nümunəsidir. Bizim Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığımız sürətlə davam edir. Belə ki, biz Azərbaycanda yetişdirilən növbənöv meyvə-tərəvəzin Rusiya  bazarlarına daşınmasında çox maraqlıyıq. Onu da qeyd edim ki, mən Azərbaycan mətbəxinin çox böyük heyranıyam”.
Bu da Rusiya XİN başçısının sözləridir və göründüyü kimi, Bakıya növbəti reverans hesab oluna bilər. Belə reveranslar fonunda İrəvanın girovlar məsələsində lüzumsuz inadkarlıq göstərib, Bakını və Moskvanı məyus eləməsi, üstəlik, onları bir-birinə daha da yaxınlaşmasına stimul yaratması, doğrusu, ağlabatan görünmür. Hər halda, dekabrın 19-na bir şey qalmayıb.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dünyanın ən böyük qarderoblu evi satışda

Next Post

“Putinin ən böyük cinayəti…”

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

"Putinin ən böyük cinayəti..."

Bakıda yarım milyonluq nömrəsiz maşın kimindir? - Foto

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.