"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

2022-ci ildə korporativ fişinq: daha çox İR mütəxəssisləri və mühasiblərə hücum olunur

26 Dekabr 2022 - 15:53
in İQTİSADİYYAT

Kaspersky şirkətinin məlumatına görə, 2022-ci ildə biznesə edilən fişinq hücumlarının sayı artmaqda davam edib. Təcavüzkarlar daha çox insan resursları və maliyyə departamentlərinin işçilərini hədəf alıblar. Populyar yem “Poçtunuz doludur” mövzusu olan e-poçt və ya şifrənizi dəyişdirməyiniz lazım olduğuna dair bildirişdir. Üstəlik, əgər 2021-ci ildə belə məktublar daha qorxulu hesab edilə biləcək guya üçüncü tərəf xidmətlərindən gəlirdisə, 2022-ci ildə tendensiya dəyişib: işçilər şirkətin guya daxili şəbəkələrindən məktublar almağa başlayıblar.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

2022-ci ilin yeni tendensiyası zərərli linkin e-poçtun mətnində deyil, əlavə edilmiş html faylında olduğu fişinq e-poçtlarının artmasıdır.

Elchi.az xəbər verir ki, bu, hücumçuların məqsədlərinə çatmasını asanlaşdırır. Təhlükəsizlik məhsullarının e-poçtun mətnindəki linki uğurla bloklamaq ehtimalı daha yüksək olsa da, fayldakını üzə çıxarmaq daha çətindir.

Populyar və daha hiyləgər sxemlər hələ də öz yerindədir. Bunlar, məsələn, BEC hücumlarıdır*, hücumçular şirkət əməkdaşının etibarını qazanmaq və onu təşkilatın və ya müştərilərin maraqlarına zərər vuran hərəkətlər etməyə inandırmaq məqsədilə şirkət işçisi ilə yazışmalara başlayırlar. Çox vaxt bu hücumlarda sındırılmış işçi hesablarından və ya vizual olaraq şirkətin rəsmi ünvanlarına bənzəyən, lakin bir neçə simvolla fərqlənən ünvanlardan istifadə edilir. Kaspersky mütəxəssisləri həm guya menecerlərdən gələn tək məktubları, həm də, məsələn, təcavüzkarların artıq iş başında olduğu işgüzar yazışmaların yer aldığı daha mürəkkəb sxemləri qeydə alıblar.

Zərərli poçt göndərişlərinin sayı xeyli artıb. Təcavüzkarlar bu cür məktubları diqqətlə hazırlayırlar, çox vaxt göndərənin domenində saxtakarlıqdan istifadə edərək, onu real məktub kimi göstərirlər. 2022-ci ildə belə poçt göndərişləri işgüzar yazışmalar kimi fəal şəkildə saxtalaşdırılıb. Belə bir sxemə nümunə olaraq real həyatda mövcud olan bir şirkətin adından faktura ödəmək zərurəti barədə bildirişi və ya müəyyən tələblərlə tanış olmaq tələbinin yer aldığı poçt göndərişlərini göstərmək olar.

“Əhəmiyyətli olduğu iddia edilən sənədlərin yayılması ilə fişinq sxemləri öz effektivliyini itirmir. Təcavüzkarlar hələ də təcili olaraq nəyinsə edilməsini tələb edir, şirkət işçilərinin diqqətini cəlb edən mövzularla mesajlar tərtib edirlər. Əgər işçiləriniz və ya özünüz hələ də “fişinqdir, yoxsa yox?” sualı ilə üz-üzəsinizsə, rəqəmsal savadlılığı artırmağı tövsiyə edirik. Xüsusilə, bu cür göndərişlərdəki “siqnalları” tanımağı öyrədəcək xüsusi təlimlər keçin”, – deyə Kaspersky-nin  Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Bu cür hücumların qarşısını almaq üçün Kaspersky şirkətlərə tövsiyə edir:

  • işçilərə şübhəli mesajları açmamağı və onlara cavab verməməyi, həmçinin açıq şəkildə, məsələn, bulud xidmətlərinə, konfidensial korporativ məlumatları yerləşdirməməyi və öz işi haqqında ətraflı məlumatı geniş insan əhatəsi ilə paylaşmamağı öyrədin;
  • Poçt serverləri üçün Kaspersky Security kimi qabaqcıl anti-spam və anti-fişinq texnologiyalarına malik həllərdən istifadə edin;
  • işçilərin rəqəmsal savadlılıq səviyyəsini artırın, məsələn, bunun üçün Kaspersky Automated Security Awareness Platform-dan istifadə edə bilərsiniz. İnsanlara sosial mühəndislik texnikalarını tanımağı öyrətmək onlarla mübarizə aparmağın ən səmərəli yollarından biridir.

* BEC hücumu –  təcavüzkarın sosial mühəndislik üsullarından istifadə edərək məktub alıcılarını aldatmaq üçün korporativ e-poçt hesabına giriş əldə etdiyi bir hücumdur.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kremennoy azad edilib? – Şiddətli döyüşlər gedir

Next Post

Baş nazir qərar imzaladı

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Baş nazir qərar imzaladı

Baş nazir qərar imzaladı

İranda ilk: Türk festivalı keçiriləcək

İranda ilk: Türk festivalı keçiriləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.