"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mətbuat Şurası “Euronews” və “Le Figaro”ya müraciət etdi

26 Dekabr 2022 - 17:39
in XƏBƏR LENTİ

Azərbaycan Mətbuat Şurası (MŞ) “Euronews” telekanalına və “Le Figaro” nəşrinə müraciət edib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bu barədə Elchi.az-a MŞ-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında olan Xankəndi şəhərində dekabrın 25-də keçirilmiş aksiya zamanı çıxış etmiş bəzi şəxslərin nitqlərindəki məzmunun “Le Fiqaro” qəzetində və “Euronews”un Fransa xidmətində birtərəfli qaydada və qərəzli səkildə yayımlanması dərin təəssüf hissi doğurur. Bütövlükdə Azərbaycan jurnalistlərinin haqlı narazılığını ifadə edən Mətbuat Şurasının yanaşması bundan ibarətdir ki, medianın zorakılığa, bölücülüyə və qarşıdurmaya xidmət edən təbliğat üçün tribunaya çevrilməsi yolverilməzdir, jurnalistikanın peşə prinsiplərinə ziddir:

“Qarabağ Azərbaycanın BMT tərəfindən tanınmış suveren ərazisi, Xankəndi qədim Azərbaycan şəhəri, orada yaşayan əhali isə Azərbaycan vətəndaşlarıdır. Amma “Le Fiqaro” qəzeti və “Euronews”un Fransa xidməti dekabrın 25-də keçirilən aksiyasını işıqlandırarkən, nəinki Azərbaycanın suveren hüquqlarını, hətta Qarabağ bölgəsində yaşayan sıravi erməni əsilli vətəndaşların belə mənafelərini nəzərə almayıblar. Onlar məsələni otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğalda saxlamış cinayətkarların və onların əməllərinin davamçılarının maraqları kontekstində təqdim ediblər.

Təəssüflə bildiririk ki, “Le Fiqaro” və “Euronews”un Fransa xidməti Cənubi Qafqazda sabitliyin təmin olunması, xalqların dinc, yanaşı yaşamaları üçün göstərilən səyləri deyil, bölücülüyə xidmət edən, bölgədə sülh gündəliyinin əleyhinə fəaliyyət göstərənlərə meydan verdilər. Jurnalistika dəyərlərinə münasibətdə belə etinasızlığın göstərilməsi yolverilməz və qəbuledilməzdir.

“Le Fiqaro” və “Euronews” jurnalistikanın tərəfsizlik və obyektivlik kimi mühüm prinsiplərinə uyğun olaraq, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda, artıq, 15 gündür ki, davam edən aksiyası ilə maraqlana və məsələnin əsl mənzərəsini bütün tərəflərin mövqeyi nəzərə alınmaqla, təsvir edə bilərdilər. Əfsus ki, biz bu peşəkar yanaşmanı görmədik.

“Le Fiqaro” nəşri Fransanın tanınmış ictimaiyyət nümayəndələrinin Azərbaycana qarşı qeyri-obyektiv müraciətini təşkil edərək və yayaraq, belə bir təsəvvür formalaşdırmağa çalışır ki, guya, Azərbaycan Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasəti həyata keçirir. Aydındır ki, bu bəyanat, Fransadakı erməni lobbisinin səyləri nəticəsində ərsəyə gəlib və onun maraqlarına xidmət edir. Qeyd etməyi vacib sayırıq ki, KİV qurumunun hansısa materialı siyasi konyunktura uyğun olaraq işıqlandırması, “Jurnalistlərin hüquq və vəzifələrinə dair Beynəlxalq Münhen Bəyannaməsi”nin prinsiplərinə ziddir. Jurnalist və KİV qurumu bundan çəkinməli, ictimaiyyətin həqiqəti bilməsi üçün çalışmalıdır.

Belə mənfi meyillər, Azərbaycan və Fransa xalqları arasında münasibətlərə də ciddi zərər gətirir, Azərbaycan ictimaiyyətində Fransa haqqında mənfi rəyin yaranmasını sürətləndirir”.

Öz sıralarında Azərbaycanın məşhur media orqanlarını, jurnalist təşkilatlarını birləşdirən Azərbaycan Mətbuat Şurası “Le Fiqaro” qəzetini və “Euronews”un Fransa xidmətini Qarabağ həqiqətlərinə həssas yanaşmağa çağırır, beynəlxalq hüququn norma və prinsiplərinə, Fransa dövlətinin də tanıdığı müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmağa dəvət edir.

Şura hesab edir ki, bu media orqanları, ümumən, Fransa mediası Cənubi Qafqazda yenidən siyasi avantüra planlarını reallaşdırmaq istəyənlərə tribuna verməməli, reallığı görməli, ədalət prinsiplərinə əsaslanmalıdırlar. Yalnız bu yolla bölgədə davamlı sülhün yaradılmasına, Azərbaycan və erməni xalqlarının birgə təmsil olunduqları coğrafiyada inkişafa və tərəqqiyə, insan hüquq və azadlıqlarının qorunmasına töhfə vermək mümkündür:

“İnanmaq istərdik ki, müraciətimiz səmimi qəbul ediləcək, müvafiq nəticə çıxarılacaq, vurğuladığımız məqamlar kifayət qədər həssas daxili təbiətə malik Cənubi Qafqaz bölgəsinə ədalətli yanaşmanı təmin etmək meyarı kimi, “Le Fiqaro” qəzeti və “Euronews”un Fransa xidməti də daxil olmaqla, bütövlükdə Fransa və Avropa mediasının gələcək fəaliyyətində nəzərə alınacaqdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Andreas Geisel: qaçqınların əksəriyyəti evlərinə qayıtmayacaq

Next Post

Ukrayna Kabus şəhərə çevrilir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Kiyevdə yenidən hava xəbərdarlığı elan edildi

Ukrayna Kabus şəhərə çevrilir

Tokayev: MDB məkanında rus dilinin rolu heç bir şübhə doğurmamalıdır

Tokayev: MDB məkanında rus dilinin rolu heç bir şübhə doğurmamalıdır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.