İŞİD üzvləri Avstraliyanın iri şəhərlərindən olan Sidneydə bir yeməkxanaya girərək yeməkxana işçilərini və müştəriləri girov götürüblər.
Avropa.info-nun xarici mətbuata istinadən verdiyi açıqlamada bildirilir ki, iki nəfər İŞİD üzvü Sidneyin Martin Place bölgəsində yerləşən bir yeməkxanaya basqın edərək oradakı insanları girov götürüb.
Girov götürülən insanlar cərgə ilə pəncərənin qarşısında dayanaraq İŞİD-ın bayraqlarını yelləyirlər. İçəridə olan girovların dəqiq sayı haqqında tam məlumat olmasa da onlardan 3-nün artıq xilas edildiyi bildirilir. Yeməkxananın ətrafı mühasirəyə alınıb və geniş təhlükəsizlik tədbirləri görülüb.
Avstraliyanın baş naziri Toni Abbott İŞİD üzvlərinin insanları nə səbəblə girov götürdüyünü bilmədiklərini açıqlayıb.



